Avropa Komissiyası SOCAR-la sövdələşməni ilin sonuna saxlayıb

Bu məsələyə ilkin olaraq martın 23-dək baxılması planlaşdırılmışdı, sonradan yekun müddət 2015-ci il aprelin 22-dək uzadılıb

Source:

Bu məsələyə ilkin olaraq martın 23-dək baxılması planlaşdırılmışdı, sonradan yekun müddət 2015-ci il aprelin 22-dək uzadılıb

Avropa Komissiyasının Rəqabət üzrə Direktorluğu SOCAR –ın (Azərbaycan Dövlət Neft Şirkəti) DESFA-da (Yunanıstan qaz operatoru) 66 faiz pay almasına dair sövdələşməyə baxılmasını ilin sonunadək uzadıb.

“Avropa Komissiyası direktorluğu bu məsələyə baxılmasını davam etdirir. Bizim işçi qrupumuz bütün sorğuları cavablandırır. Əsas məsələ sövdələşmənin Aİ-nin üçüncü enerji paketinə uyğunluğudur, belə ki, bu, Yunanıstanın qaz bazarında rəqabətin inkişafına mane ola bilər. Biz hazırda Avropaya qaz satışını həyata keçirmirik, odur ki,  bu məsələ ilə bağlı güzəştə getmək lazımdır. Lakin iş davam edir”, – SOCAR prezidenti Rövnəq Abdullayev mətbuata bildirib.

Bu məsələyə ilkin olaraq martın 23-dək baxılması planlaşdırılmışdı, sonradan yekun müddət 2015-ci il aprelin 22-dək uzadılıb.

2014-cü il noyabrın 6-da Avropa KİV-i bildirib ki, Aİ-nin antiinhisar qurumu SOCAR və DESFA arasında hazırlanan sövdələşmənin yoxlanmasına başlayıb. Avropalı məmurlar Yunanıstanın qaz bazarında rəqabətin səviyyəsinin enəcəyindən ehtiyatlanmağa başlayıblar.

SOCAR 400 milyon avroya DESFA şirkətinin 2/3-ni almaq niyyətindədir. (“Turan” İA)

Ana səhifəXəbərlərAvropa Komissiyası SOCAR-la sövdələşməni ilin sonuna saxlayıb