Avropa çempionatının yarımfinal və final oyunlarının yeri dəyişdirilib

”Televiziya çəkilişləri zamanı stadionda azarkeş sayı çox az görünürdü”

Source:
Bakı Olimpiya Stadionu
Bakı Olimpiya Stadionu


”Televiziya çəkilişləri zamanı stadionda azarkeş sayı çox az görünürdü”

Bakıda keçirilən 17 yaşadək futbolçular arasında Avropa çempionatının yarımfinal və final görüşlərinin yeri dəyişdirilib.

“Report”un məlumatına görə, final matçı “Bakcell Arena”da keçiriləcək.

Yarımfinal mərhələsinin görüşləri isə “Dalğa Arena”da baş tutacaq. Dəyişikliklər UEFA-nın tövsiyəsi əsasında gerçəkləşib.

İlk olaraq bu mərhələnin oyunlarının Bakı Olimpiya Stadionunda keçiriləcəyi açıqlanmışdı.

Komanda.az dəyişikliyin səbəbini aydınlaşdırmaq üçün Avropa çempionatının Yerli Təşkilat Komitəsinin media direktoru Firuz Abdulla ilə əlaqə saxlayıb.

Firuz Abdulla dəyişikliyə əsas səbəb kimi azarkeş sayını göstərib: “Bu barədə UEFA-dan təşkilat komitəsinə tövsiyə verildi. Onlar Olimpiya stadionunun bu turnir üçün çox böyük olduğunu bildirdilər. Belə ki, televiziya çəkilişləri zamanı stadionda azarkeş sayı çox az görünürdü. Buna görə də, UEFA stadionun dəyişdirilməsini tövsiyə etdi. Bundan sonra Avropa çempionatının Yerli Təşkilat Komitəsi tərəfindən yarımfinal və final oyunlarının Olimpiya stadionunda yox, “Dalğa Arena” və 8-ci km stadionunda keçirilməsi qəbul edildi”.

Olimpiya stadionunun tikintisinə 710 milyon avro xərclənib.

Ana səhifəXəbərlərAvropa çempionatının yarımfinal və final oyunlarının yeri dəyişdirilib