Avropa Bankı: Azərbaycan növbəti risklər üçün daha hazırlıqlıdır

Rövşən Ağayev: ”Hökumət 2015-ci il devalvasiyasından müəyyən nəticə çıxarıb”

Source:


Rövşən Ağayev: ”Hökumət 2015-ci il devalvasiyasından müəyyən nəticə çıxarıb”

Avropa Yenidənqurma və İnkişaf Bankının baş iqtisadçısı Konstantin Kintsuraşvili 2014-2016-cı illər arasında Azərbaycanda iqtisadi azalma müşahidə olunmasını dünya bazarında neft qiymətlərinin azalması ilə əlaqələndirib.

O, ölkə iqtisadiyyatının neft sektorundan asılı olduğundan mövcud vəziyyətin yaranmasına təsir göstərdiyini deyib.

Bu barədə Konstantin Kintsuraşvili “Fitch” beynəlxalq reytinq agentliyinin Bakıda keçirilən illik konfransında

danışı

b.

Onun sözlərinə görə, iqtisadiyyatdakı azalma konservativ büdcə planlaması, fiskal siyasət strategiyasına yenidən baxılması ilə nəticələnib:

Konstantin Kintsuraşvili
Konstantin Kintsuraşvili

“Buna görə də Azərbaycan artıq növbəti risklər üçün daha hazırlıqlıdır. Gələcəkdə belə hallar üzə çıxdıqda ölkə daha hazır olmalıdır. İqtisadi alətlər düzgün və yerində olmalıdır ki, risklərə və tsikillərə adekvat cavab verilsin.

Azərbaycan Mərkəzi Bankının qarşısında duran əsas vəzifə dollarlaşma ilə bağlıdır. Bank sektorunda restrukturizasiya həyata keçirilməlidir. Azərbayvan Beynəlxalq Bankının restrukturizasiyası uğurla həyata keçirilib və bu proses davam etdirilməlidir. İqtisadiyyatın diversifikasiyası isə məhdud olaraq qalır. Biz bilirik ki, bunu qısa zamanda həyata keçirmək çətindir. Buna nail olmaq üçün müəyyən zaman tələb olunur. Lakin neft qiymətlərinin artımı buna kömək edə bilər”.

Agentliyin inkişaf etməkdə olan ölkələr üzrə direktoru Ameliya Roux Azərbaycanda müsbət iqtisadi vəziyyət və makro-iqtisadi stabilliyin müşahidə olunduğu

qənaətindədir.

Ameliya Roux
Ameliya Roux

Onun sözlərinə görə, ölkədə dollarlaşma səviyyəsi müəyyən qədər səngiməsi son aylarda manata olan etibarın artması ilə əlaqədardır.

“Digər müsbət sabitləşmə odur ki, qeyri-neft sektorunda da ixracatda müsbət irəliləyiş hiss olunur. Devalvasiya bu gedişata müsbət təsir edib. Növbəti illərdə neft qiymətləri 50 dolların üzərində olacaq, bu da stabilləşmə ilə bağlı proqnozumuzu dəstəkləyir”, – deyə Ameliya Roux bildirib.

Amma o, bank sektorunda müsbət dinamikanın müşahidə olunmasına baxmayaraq, həssaslığın qaldığını vurğulayıb.

İqtisadçı Rövşən Ağayev deyilənlərlə müəyyən qədər razılaşır. O, Meydan TV-yə deyib ki, onlar neftin qiyməti və ehtiyatların həcmindən çıxış edərək belə qənaətə gəliblər.

“Valyuta ehtiyatlarının həcmi böyük olduğu təqdirdə risklər azalır. Nə qədər ki, valyuta ehtiyatlarının həcmi 20-25 milyard dollardan aşağı düşmür Azərbaycan üçün risklər xeyli dərəcədə zəifdir. Həm də neftin qiyməti yaxın gələcəkdə 50 dollardan aşağı düşməsi problematik görünür”.

Digər tərəfdən onun sözlərinə görə, hökumət 2015-ci il devalvasiyasından müəyyən nəticə çıxarıb, büdcəni yerli şəraitə uyğunlaşdırıblar.

Rövşən Ağayev
Rövşən Ağayev

Rövşən Ağayev düşünür ki, makroiqtisadi sabitlik də ehtiyatların həcmi və manatın durumu ilə bağlıdır.

“Ancaq makroiqtisadi sabitliyin çoxlu tərəfləri var – makromaliyyə, işsizlik və real sektorun kreditləşməsi problemləri var. Digər tərəfdən, axsaqlıqlar qalır, çünki rəsmi işsizlikdən fərqli olaraq qeyri-rəsmi işszilik daha böyükdür. Ölkədə ciddi maliyyə qıtlığı problem var. Amma manatın məzənnəsi baxımından risklər xeyli dərəcədə aşağı düşür”.

Ana səhifəXəbərlərAvropa Bankı: Azərbaycan növbəti risklər üçün daha hazırlıqlıdır