Avropa azərbaycanlıları (Avropa yazıları – 2)

Uğurlarımızın təməlində, azərbaycanlılardan uzaq olmağımız yatır…

Source:

Bu yazı Avropada yaşamaq, Avropadakı azərbaycanlıları tanımaq, ya da hər ikisini birdən arzulayanlar üçün yazılıb. Bunların heç biri sizə maraqlı deyilsə, oxumasanız da olar.

Bu dəfə də Günel Mövludu anmaq zərurəti yaranıb. Günel demişdi ki, onu “siyasi mühacir” adlandıran ANS-i məhkəməyə verəcək. Əminəm ki, Günel bir önəmli detalı nəzərə almayıb – dava onun Avropada olması davası deyil, Avropada

necə

olması davasıdır. Ona bağışlaya bilmədikləri budur – illərlə düşərgələrdə sürünüb oturum gözləmədən Avropada yaşayacaq. Sən ki, ənənəvi yolla mühacir olanların çəkdiyi əziyyəti çəkmədin, düşərgələrdə sürünmədin, “gözlə eşşəyim yaz gələr” modunda oturum gözləmədin, hər şey qabağına hazır gəldi – olursan düşmən. Qısqanırlar, paxıllıq edirlər, təzyiqləri qalxır, qarğış edirlər. “İmtiyazlı” mühacirlər, buradakı azərbaycanlıların bir nömrəli nifrət hədəfinə çevrilir. Bəs azərbaycandakılara nə düşüb? Onlar da həmçinin – qısqanırlar, paxıllıq edirlər, güzaranının yaxşı olmasını həzm edə bilmirlər. Günelin yaşadıqlarını beş aşağı, beş yuxarı mən də yaşamışam. Yəni belə şeyləri çox eşitmişəm: “Axı sən kimsən! Kimsən axı sən! Necə yəni gələn kimi pasport, ev filan? Kimsən axı sən?! Allah bəlanı versin! Ay allah, ürəyim yatdı! Mən bir də bu maşına minməyəjəm!”

Hərdən soruşurlar “Avropaya köçənlərə məsləhətin nədir?”

Üç məsləhətim var. Amma üçünə də əməl olunduğu təqdirdə Avropada uğur qazana bilərsiniz. Üçündən birinə riayət etməsəniz bütün planlarınız darmadağın olacaq. Beləliklə qiymətlidən qiymətli, qızıl dəyərində üç tövsiyə. Bir – Avropadakı azərbaycanlılardan mütləq mənada uzaq olun. İki – Avropadakı azərbaycanlılardan mütləq mənada uzaq olun. Üç – Avropadakı azərbaycanlılardan mütləq mənada uzaq olun.

Almaniya və Danimarkada yaşayan azərbaycanlı həkim dostlarımdan eşitdiyimi sizlərlə paylaşıram – uğurlarımızın təməlində, azərbaycanlılardan uzaq olmağımız yatır.

Başa düşüləndir. Çətindir. İlk anlarda insan darıxır, nostalji elə çökür ki, adamın üstünə, az qalsın xiffətdən mələyir. Amma perspektivi düşünün, özünüzə yatırım edin, planlarınız olsun və onlara doğru gedin. Dili öyrənin, hədəflərinizdən sapmayın. Yerli insanlarla yaxınlıq qurun.


“O göt ki, səndə var, hara getsən sıçıb-batıracaqsan”

Allahdan bir niyazım var – “Avropa-Avropa” deyə sayıqlayan azərbaycanlıların hər birinə sərvət və səbr kasasından bolluca əta etsin ki, gəlib bir müddət Avropada qalsınlar, burada bir kvadrat metrə düşən cındır azərbaycanlıların sayının Azərbaycandakı cındırlardan dəfələrlə çox olduğunun şahidi olsunlar, “dialektikanın cilvələrini” anlasınlar. Bəlkə bundan sonra Avropa deyəndə ağızlarının suyu axmaz. Dil qəhbəsi, kişi qəhbəsi, oğraş, qeybətçi, divara sidik ifraz edən, Qırmızı körpü tərəfdə kamaz şoferləri ilə oynaşıb “Ay ana ürəyim yatdı” deyənlərin hamısı quduz it kimi zəncirini qoparıb, Avropada lövbər salıb. Üstlərindəki Coco Chanel, Armani, Louis Vuitton, Gucci sizi aldatmasın, ağızlarını açan kimi pox tökülür.

Burada girdirmə müsavatçı, müxalifətçi, ictimaipalataçı adı ilə oturum alanların sayı, Azərbaycandakı Müsavat üzvlərindən, müxalifətçilərdən qırx səkkiz dəfə çoxdur. Bunu bilirdiniz? Müsavat adı ilə oturum alıb Müsavatı və İsa Qəmbəri küçə söyüşləri ilə təhqir edənləri, Əliyevin rəsmi və paqonlu nümayəndələri ilə oynaşanları necə? Təsəvvür edirsinizmi? Belələri eşidəndə ki, sən oturum almaq üçün mitinqdən şəkil, partiyadan kağız, polisdən arayış filan göstərməmisən, hekayə uydurmamısan buna da əsəbiləşirlər, dözə bilmirlər. İstəyirlər zorla boynuna qoysunlar ki, burada olmağını müxalifət partiyasına borclusan. “Necə yəni Müsavat üzvü ola-ola partiya üzvlüyünə istinad etməmisən? Kimsən axı sən? Axı sən kimsən! Ay ana ürəyim yatdı! Mən bir də bu Kamaza minməyəjəm!”

Yoxsa elə bilirdiniz Avropada yel əsib qoz tökülüb? Ona qalsa azərbaycanlılardan qorunmağın ən yaxşı yolu, elə Azərbaycanda qalmaqdır. Heç olmasa Vətəndə yüz minin içindən iki-üç nəfər adekvat adam tapıb özünə bir çevrə formalaşdırmaq, qınına girib bu natamam və keyfiyyətsiz tayfanın fitnə-fəsadından uzaq olmaq şansın var. Burada isə hər itə-qurda salam verməyə məcbursan ki, Azərbaycanda onlar nəinki salama, heç başlarına qusulmağa da layiq deyillər.

Azərbaycanlı zırrama, “dalı aftafa görməyən çuşka” Avropaya gələndə də zırrama olaraq qalır, dəyişmir (Avropada da aftafa yoxdur, gərək Vətəndən gətirdəsən, bunu metafora kimi başa düşün). Belələrinin əsla təhəmmül etmədikləri adam Avropa görmədən, Avropada yaşamadan Avropa təfəkkürünə malik azərbaycanlıdır. O vaxt ki, buradakı stajlı zırramaların sənə başa salacağı, öyrədəcəyi heç nə yoxdur, ciddi stress keçirirlər. Hə, bunlar tayfa-klançılığını da buralara gətirib çıxara biliblər. Hətta Azərbaycanın özündə rast gəlməyəcəyiniz şiddət və miqyasda vəhşi fauna nümayəndələri kimi, Avropanın göbəyində trayblar qurmağa müvəffəq olublar.

Nəticə. Azərbaycanda avropalı azərbaycanlı, Avropada Avropa dəyərlərini mənimsəmiş azərbaycanlılardan nəinki daha çoxdur, bu ikisi heç müqayisəyə belə gəlməz. Nə badə düşünəsiniz ki, Avropa dəyər və prinsiplərini mənimsəmə baxımından, Avropanın özündə yaşamaq əlverişlidir filan. Elə şey yoxdur. Gözləntiniz budursa, Azərbaycanda qalsanız yaxşıdır.

Bəziləri Avropa və seks anlayışlarını o qədər bərabərləşdirib ki, burada qarşılaşacaqları sərt reallıq, onları şoka sala bilər. Yanıq görmək istəyirsinizsə, bura xoş gəlmisiniz. Avropa yanıqların odunu-alovunu söndürmək üçün münasib məkan deyil. Heç Azərbaycanda görməyəcəyiniz qədər meymunluqları burada görəcəksiniz ki, bir vagina uğruna adamlar nə oyundan çıxır, şərəf və layəqətlərini necə bazara çıxarırlar. Bu da Azərbaycana şükr etmək üçün sizə ciddi əsas verəcək. Azərbaycanlı gəncin, simasını itirmədən Azərbaycanda özünə seksual partnyor tapması, azərbaycanlının Avropada seksual partnyor tapmasından qat-qat asandır. Hər halda həyat təcrübəsi olan adamam, burada yaşamazdan əvvəl uzun, çox uzun illər müxtəlif ölkələri gəzib dolaşmışam. Sizi əmin edirəm ki, bu il yarım ərzində gördüyüm oğraşlığı və qəhbəliyi heç yerdə (Azərbaycan da daxil olmaqla) nə görməmişəm, nə də eşitməmişəm.

Avropada yaşayan çox az sayda azərbaycanlı, bir başqa azərbaycanlının maddi və mənəvi halının, güzaranının yaxşı olmasında maraqlıdır. Hamısı qəzəbli, hamısı paxıl, hamısı qeybətçi, hamısı yanıq. Avropada işinin peşəkarı, ziyalı azərbaycanlılar da yox deyil, amma onları tanımaq şansınız çox azdır, çünki ortalıqda görünmürlər, harda aş orda baş deyillər. Burada özünüzə azərbaycanlılar içindən sirdaş, dost tapmaq fikrindəsinizsə – yandınız.

Daha ətraflı məlumat üçün, gərək hövsələnizi toplayıb, növbəti romanı gözləyəsiniz. Avropadakı azərbaycanlıları yağlı personajlar kimi sizə təqdim edəcəm. Elə bir tablo yaradacam ki, tərzimə bələd olanların belə gözü kəlləsinə çıxacaq.

Ana səhifəMənim FikrimcəAvropa azərbaycanlıları (Avropa yazıları – 2)