Dolların məzənnəsi isə dəyişməyərək 1,7023 qalıb
Azərbaycan Mərkəzi Bankı iyunun 20-i üçün dolların məzənnəsini dəyişməyərək 1,7023 manat səviyyəsində saxlayıb.
Avronun məzənnəsi isə 1,8971 manatdan 1,9055 manata qalxıb.
Kommersiya bankları əhalidən avronu 1,8580-1,8940 manat civarında alır, 1,9055-1,93 manata satır.
Əhali kommersiya banklarında dolları 1,67-1,69 manat civarında sata, 1,6960-1,71 manata ala bilər.
Bundan öncə küçirilən iki hərracda dollar cüzi bahalaşmışdı. Ancaq son aylarda manat dollara nisbətən möhkəmlənirdi.