Avronun bu günə olan məzənnəsi noyabr ayının ən aşağı göstəricisidir

Manata nəzərən Rusiya rublunun məzənnəsi 0,0001 manat və ya 0,62 faiz azalaraq 0,0160 manat səviyyəsində qərarlaşıb

Source:


Manata nəzərən Rusiya rublunun məzənnəsi 0,0001 manat və ya 0,62 faiz azalaraq 0,0160 manat səviyyəsində qərarlaşıb

Bu gün noyabrın 26-sı ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi sabit qalıb.

“APA-Economics”in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) noyabrın 27-ə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi dəyişməyərək 1,0511 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası 0,0012 manat və ya 0,11 faiz azalaraq 1,1152 manata enib.

Avronun bu günə olan məzənnəsi noyabr ayının ən aşağı göstəricisidir. Belə ki, bu ay ərzində ən aşağı göstərici noyabrın 23-də olub. Həmin gün Avrozonanın vahid valyutasının manata nisbətdə rəsmi məzənnəsi 1,1156 manat idi.

Manata nəzərən Rusiya rublunun məzənnəsi 0,0001 manat və ya 0,62 faiz azalaraq 0,0160 manat səviyyəsində qərarlaşıb.

Ana səhifəXəbərlərAvronun bu günə olan məzənnəsi noyabr ayının ən aşağı göstəricisidir