Avro manata qarşı 3 faiz bahalaşıb

Manata nəzərən Rusiya rublunun məzənnəsi 0,0001 manat və ya 0,64 faiz azalaraq 0,0155 manat səviyyəsində qərarlaşıb.

Source:


Manata nəzərən Rusiya rublunun məzənnəsi 0,0001 manat və ya 0,64 faiz azalaraq 0,0155 manat səviyyəsində qərarlaşıb.

Bu gün dekabrın 3-ü ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi zəifləyib.

“APA-Economics”in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) dekabrın 4-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi dekabrın 3-ü ilə müqayisədə 0,0017 manat və ya 0,16 faiz azalaraq 1,0495 manat olub.

Sonuncu dəfə dolların manata qarşı məzənnəsi bu səviyyədə noyabrın 4-də olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası 0,0348 manat və ya 3,13 faiz artaraq 1,1482 manata yüksəlib.

Bugünkü məzənnə avronun manata qarşı noyabrın 4-dən bəri ən yüksək məzənnəsidir. Həmin gün Avrozonanın vahid valyutasının manata qarşı məzənnəsi 1,1492 manat olub.

Manata nəzərən Rusiya rublunun məzənnəsi 0,0001 manat və ya 0,64 faiz azalaraq 0,0155 manat səviyyəsində qərarlaşıb.

Ana səhifəXəbərlərAvro manata qarşı 3 faiz bahalaşıb