Avro 0,64 faiz ucuzlaşıb, dollar 0,04 faiz bahalaşıb

Manata nəzərən Rusiya rublu isə 0,0001 manat və ya 0,63 faiz azalaraq 0,0157 manat səviyyəsində qərarlaşıb

Source:


Manata nəzərən Rusiya rublu isə 0,0001 manat və ya 0,63 faiz azalaraq 0,0157 manat səviyyəsində qərarlaşıb

Bu gün noyabrın 13-ü ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə möhkəmlənib.

“APA-Economics”in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) noyabrın 16-na olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi noyabrın 13-ü ilə müqayisədə 0,0004 manat və ya 0,04 faiz artaraq 1,0506 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə isə, avro zonanın vahid valyutası 0,0072 manat və ya 0,64 faiz azalaraq 1,1262 manata enib.

Manata nəzərən Rusiya rublu isə 0,0001 manat və ya 0,63 faiz azalaraq 0,0157 manat səviyyəsində qərarlaşıb.

Ana səhifəXəbərlərAvro 0,64 faiz ucuzlaşıb, dollar 0,04 faiz bahalaşıb