Avro 0,37 faiz bahalaşıb

Dolların məzənnəsi dəyişməyib

Source:


Dolların məzənnəsi dəyişməyib

Bu gün yanvarın 8-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi möhkəmlənib.

“APA-Economics”in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) yanvarın 11-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi yanvarın 8-də olduğu kimi 1,5642 manat olub.

Xatırladaq ki, Mərkəzi Bank tərəfindən müəyyən edilmiş yeni məzənnə siyasəti rejiminə uyğun olaraq tələb və təklif nəzərə alınmaqla yanvarın 8-də manatın ABŞ dollarına nisbətən rəsmi məzənnəsi 11 yanvar 2016-cı il tarixi üçün 1,5642 müəyyənləşdirilib.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası da 0,37 faiz və ya 0,0063 manat artaraq 1,7072 manata yüksəlib.

Manata nəzərən Rusiya rublunun məzənnəsi 0,0001 manat və ya 0,48 faiz azalaraq 0,0208 manat səviyyəsində qərarlaşıb.

Ana səhifəXəbərlərAvro 0,37 faiz bahalaşıb