Avro 0,3 faiz bahalaşıb

Dollar isə 0,12 faiz ucuzlaşıb

Source:


Dollar isə 0,12 faiz ucuzlaşıb

Bu gün yanvarın 28-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi zəifləyib.

“APA-Economics”in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) yanvarın 29-a olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi ötən günlə müqayisədə 0,002 manat və ya 0,12 faiz azalaraq 1,6008 səviyyəsində müəyyən olunub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası 0,005 manat və ya 0,3 faiz möhkəmlənərək 1,7495 manatadək artıb.

Rusiya rublunun məzənnəsi 0,0005 manat və ya 2,43 faiz artaraq 0,0210 manat səviyyəsində müəyyənləşib.

Ana səhifəXəbərlərAvro 0,3 faiz bahalaşıb