Avro 0,001 faiz bahalaşıb

Dolların rəsmi məzənnəsi dəyişməz qalıb

Source:


Dolların rəsmi məzənnəsi dəyişməz qalıb

Bu gün avqustun 6-sı ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə dəyişməyib.

“APA-Economics”in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) avqustun 7-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi dəyişməyərək 1,0497 manat səviyyəsində qalıb.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0001 manat və ya 0,001 faiz artaraq 1,1453 manat olub.

Ana səhifəXəbərlərAvro 0,001 faiz bahalaşıb