Atışmadan meşəyə od düşdü

Köhnə Qışlaqa ara-sıra atılsa da, xəsarət alan yoxdur

Source:

Avqustun 3-də atışma nəticəsində Ağstafanın Köhnə Qışlaq kəndi ərazisindəki meşəyə od düşüb.

“Azerlife” saytının Köhnə Qışlaqda olan əməkdaşının məlumatına görə, hazırda kəndə ara-sıra atılsa da, xəsarət alan yoxdur.

Bildirilir ki, ötən gecə Qazax rayonunun Quşçu Ayrım və Məzəm kəndlərində də sakitlik olub.

İyulun 31-dən etibarən Ermənistan ordusu Qazax və Ağdamın sərhəd kəndlərini atəşə tutub. Nəticədə 10-dan artıq əsgər şəhid olub, mülki şəxslər arasında yaralananlar var.

Ana səhifəXəbərlərAtışmadan meşəyə od düşdü