Atışma kəndlilərin evinə ziyan vurub

Bir neçə qoyun öldü, ot tayası yandı

Source:


Bir neçə qoyun öldü, ot tayası yandı

Sentyabrın 3-də və 4-də erməni silahli qüvvələrinin atəşkəsi pozması nəticəsində Qazax rayonunun Quşcu Ayrım kəndində xeyli evlərə ziyan dəyib.

Bu barədə Meydan TV-yə bölgə müxbiri məlumat verib.

Atışmada mülki şəxslər arasında yaralanan olmayıb. Sentyabrın 3-də atişma zamani Quşcu Ayrım kənd sakini Əhməd Əhmədovun mal-qara tövləsi yanıb. Sakinlərin köməyi ilə mal-qara xilas edilib, heyvanlara ziyan dəyməyib. Sentyabrın 4-də atışma zamanı kənd sakini Zülfüqar Cəfərovun 4 qoyunu yaralanıb. Qoyunladan 2-si ölüb. Kənd sakini Kamal Alıyevin isə 3 qoyunu ölüb. Bundan başqa, atışma zamanı kənd sakini Çingiz Hacıyev, Namiq Cəfərov, Vəzir Vəliyev və Esmiralda xanımın yaşadıqları evlərə iriçaplı silahlardan atılan güllə nəticəsində xeyli ziyan dəyib. Atışma zamanı Məzəm kənd sakinlərinə də xeyli ziyan dəyib. Kənd sakini Bəhlul adlı şəxsin evi yanıb. Digər kənd sakini Məqsəd kişinin isə evi minamyotlardan atılan güllələr nəticəsində dağıdılıb. Hidayət adlı kənd sakininin mal-qara üçün tədarük gördüyü ot tayası yanıb. Cəfərli və Kəmərli kəndlərinə də iriçaplı silahlardan atəşlər atılıb. Kənd sakinlərinin dediklərinə görə, mülki şəxslərdə yaralanan olmayıb. Mal-qaraya ziyan dəyməyib.

Dunən gecə Qərb bölgəsində nisbətən sakitlik olub

Ana səhifəXəbərlərAtışma kəndlilərin evinə ziyan vurub