ATƏT PA-nın prezidenti İlkka Kanerva bu vəzifəni 2014-cü ildən icra edib
İyulun 5-də Tbilisidə keçirilən ATƏT PA-nın 25-ci sessiyasında qurumun prezidenti vəzifəsinə seçki keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, 54 ölkədən 700 nümayəndənin iştirak etdiyi sessiyasında avstriyalı deputat Kristin Muttonen (Christine Muttonen) 86 səslə ATƏT PA-nın prezidenti seçilib.
Digər namizədlər Fransız deputat Alen Neri 26, gürcü deputat Giqi Tsereteli isə 73 səs toplayıb.
Səsvermə iki dəfə aparılıb. Öncə namizədlərin aldığı səs yetərli olmayıb.
ATƏT PA-nın prezidenti İlkka Kanerva bu vəzifəni 2014-cü ildən icra edib. Bu il onun səlahiyyət müddəti başa çatıb.