ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfləri təmkinli olmağa çağırıblar

“Həmsədr ölkələrin himayəsi altında mümkün qədər tez sülh sazişi üzrə danışıqlara başlamaq lazımdır”

Source:


“Həmsədr ölkələrin himayəsi altında mümkün qədər tez sülh sazişi üzrə danışıqlara başlamaq lazımdır”

ATƏT MQ-nin üzvü olan ölkələr Bazeldə XİN Şurası çərçivəsində Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı birgə bəyanatla çıxış ediblər.

RF XİN rəhbəri Sergey Lavrov, ABŞ dövlət katibi Con Kerri və Fransanın Avropa məsələləri üzrə dövlət katibi Harlem Desir birgə bəyanatda tərəfləri Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etməyə, zorakılıqdan uzaq olmağa və uzunmüddətli həll üçün fəal səylərə çağırıb.

“Biz təmas xəttində və Ermənistan-Azərbaycan sərhədi boyunca gərginliyin artmasına təəssüf edirik. İyul və avqust aylarında hərbi əməliyyatlar itki ilə nəticələndi və tərəflər arasında inamsızlığı  dərinləşdirdi. Atəşkəs rejiminin möhkəmləndirilməsi və sülh danışıqlarının inkişaf etdirilməsi üçün daha əlverişli atmosfer yaratmaq üçün əlavə tədbirlər görülməlidir”, – deyə bəyanatda qeyd olunub.

Həmçinin noyabrın 12-də hərbi helikopterin vurulması kimi hadisələrin gələcəkdə təkrarlanmasının qarşısının alınması üzrə tədbirlər görülməsinin əhəmiyyəti vurğulanıb.

“Biz bütün tərəflərə gərginliyin qarşısını almaq üçün təmkinlilik nümayiş etdirmək çağırışı ilə müraciət edirik”, – deyə bəyanatda qeyd edilir. Bəyanat müəllifləri Həştərxanda 2010-cu il oktyabr görüşü ruhunda hərəkət etməyə çağırırlar.

“Həmsədr ölkələrin himayəsi altında mümkün qədər tez sülh sazişi üzrə danışıqlara başlamaq lazımdır. Biz münaqişənin uzunmüddətli həllinə nail olmaq üçün hərtərəfli sıx əməkdaşlığa hazırıq”, deyə bəyanat bu fikirlərlə yekunlaşıb.

Ana səhifəXəbərlərATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfləri təmkinli olmağa çağırıblar