Aksiyada Avropa Parlamentinə və ATƏT-ə qarşı şüarlar səsləndirilməklə bərabər Türkiyə, Rusiya, İsrail və Gürcüstan dövlətlərinin də bayraqları qaldırılıb
Sentyabrın 12-də saat 14.05-də Beynəlxalq Diaspora Mərkəzi ATƏT-in Bakı Ofisi qarşısında aksiya keçirib. Tədbirdə 20-yə yaxın adam iştirak edib. Hadisə yerində olan əməkdaşımızın verdiyi məlumata görə aksiya icazəsiz olsa da, polislər prosesi kənardan izləyiblər. Hətta polislər jurnalistlərə tədbirin icazəsiz olduğunu təsdiqləyiblər. Amma müdaxilə etməmələrinin səbəbi barədə suala cavab verməyiblər.
Aksiyada Avropa Parlamentinə və ATƏT-ə qarşı şüarlar səsləndirilməklə bərabər Türkiyə, Rusiya, İsrail və Gürcüstan dövlətlərinin bayraqları qaldırılıb.
Fotoların müəllifi: Şirin Tire