ATƏT Donetsk və Luqanskda saxlanılan əməkdaşlarını dərhal azad etməyə çağırıb

Source: fdsaf

Novosti Donbassa-nın materialı

ATƏT-in sədri və baş katibi Xüsusi monitorinq missiyasının Rusiyanın işğal etdiyi Donetsk və Luqanskda saxlanılan dörd üzvünün dərhal azad olunmasına çağırıb. Bu barədə ATƏT-in mətbuat xidməti xəbər verib.
Təşkilatın sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau XMM milli missiyası üzvlərinin saxlanılmasını “qəbuledilməz” adlandırıb və qeyd edib ki, onları “müəyyən müddət ərzində” ittiham irəli sürmədən nəzarət altında saxlayırlar.
ATƏT-in baş katibi Mariya Şmid Ukrayna hökumətinin nəzarətində olmayan Donetsk və Luqanskda XMM və missiya əməkdaşlarına qarşı “təəssüf ediləcək hədə-qorxu, təqib aktlarını və düşmən kütləvi ritorikası”nı mühakimə edib. 
“Milli missiyamızın bütün üzvləri ATƏT-in vəzifəli simalarıdır və bu şəxslərin funksional toxunulmazlığı təmin olunmalıdır, o cümlədən mandatlarının vaxtı bitdikdən sonra da”, – Şmid bəyan edib.

XMM-in mandatla nəzərdə tutulan bütün fəaliyyətləri aprelin 1-i sonlandırılsa da, zəruri minimal inzibati tapşırıları yerinə yetirməkdə davam edir. “Əməkdaşlarının təhlükəsizliyi nəzərə alınaraq, ATƏT hazırkı vəziyyətlə bağlı əlavə məlumat verə bilməz”, – bəyanatda deyilir.
Qeyd olunur ki, ATƏT-in Ukraynadakı mandatı RF-yə görə uzadılmayıb. 2022-ci il martın 31-i ATƏT-in Daimi Şurasında müzakirələr zamanı ATƏT XMM-in Ukraynada mandatının uzadılması ilə bağlı razılığa gəlinməyib. Səbəb RF-nin yürütdüyü mövqe olub. Beləcə, aprelin 1-i mandatla nəzərdə tutulmuş tədbirlər keçirilməyib və XMM inzibati rejimə keçib. Bu, əsas inzibati funksiyaların məhdud şəkildə həyata keçirilməsini, o cümlədən Ukrayna ərazisində və Ukrayna hökumətinə tabe olmayan rayonlarında missiya üzvlərinin, onların mülkləri və binalarının təhlükəsizliyinin təmin olunmasını nəzərdə tutur.  

Ana səhifəSiyasətATƏT Donetsk və Luqanskda saxlanılan əməkdaşlarını dərhal azad etməyə çağırıb