Atəşkəs pozulub – yaralananların və ölənlərin olduğu deyilir

“Ermənistanın bəzi elekton kütləvi informasiya vasitələri cəbhədəki vəziyyət, guya düşmən tərəfindən hansısa postumuzun dağıdılması və Silahlı Qüvvələrimizin itki verməsi ilə bağlı növbəti dəfə yalan məlumat yayıb”.

A

Source:

“Ermənistanın bəzi elekton kütləvi informasiya vasitələri cəbhədəki vəziyyət, guya düşmən tərəfindən hansısa postumuzun dağıdılması və Silahlı Qüvvələrimizin itki verməsi ilə bağlı növbəti dəfə yalan məlumat yayıb”.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bəyan edir ki, bu kimi xəbərlərin heç bir əsası yoxdur və dezinformasiya xarakteri daşıyır.

“Heç şübhəsiz ki, siyasi və hərbi iflasa uğramış Ermənistan hakimiyyətindəki kriminal rejim tərəfindən təkrarlanan bu kimi informasiyalar ilk növbədə cəbhədəki uğursuzluğa, canlı qüvvə sarıdan verdikləri itkilərə görə erməni ictimaiyyəti qarşısında bəraət qazanmaq, eyni zamanda həmsərhəd kəndlərdə Azərbaycanın mülki vətəndaşlarına qarşı törətdikləri cinayətləri gizlətmək məqsədi daşıyır.

Silahlı Qüvvələrimizin bölmələri Ermənistanla dövlət sərhədi boyu yerləşən daha üstün və əlverişli yüksəkliklərdəki mövqelərdən düşmənin istənilən hərbi obyektini darmadağın etmək, təmas xəttinin dərinliyində olan yaşayış məntəqələrini, kommunikasiya xətlərini tam nəzarətdə saxlamaq imkanına malikdir.

Erməni tərəfinin, xüsusilə erməni mülki əhalisinin nəzərinə bir daha çatdırmağı vacib sayırıq ki, Azərbaycan əsgəri yalnız mülki əhaliyə atəş açmamaq barədə əmr alıb. Digər hallarda hərəkət edən istənilən hərbi obyekt komandanlığın icazəsi gözlənilmədən məhv ediləcək. Bu səbəbdən də istənilən hərbi məqsədli vasitələrin mülki əhalinin olduğu yaşayış məntəqələrində yerləşdirilməsinə, qarşıdurma nəticəsində dinc sakinlərə vurulan ziyana görə məsuliyyət öz əhalisini məqsədyönlü surətdə girov saxlayan Ermənistan hakimiyyətinin üzərinə düşür. Dövlət sərhədində vəziyyətin gərginləşməsinə və erməni mülki əhalisinə dəyən ziyana görə Ermənistanın kriminal hərbi-siyasi rejimi məsuliyyət daşıyır”, – deyə bəyanatda vurğulanır”.

Azərbaycan tərəfinin endirdiyi artilleriya zərbələri nəticəsində Ermənistan ordusunun 4 hərbçisi həlak olub. Bu xəbəri isə Ermənistan KİV-lərinə istinadən haqqın.az saytı yayıb. Ermənistan Müdafiə Nazirliyinin yaydığı xəbərdə deyilir:

“Ermənistan ordusunun cəbhə xəttinin şimal-şərq istiqamətində yerləşən hərbi hissələrindən birinin mövqeləri sentyabrın 25-də saat 17:30-da Azərbaycan ordusu tərəfindən raket-artilleriya zərbələrinə məruz qalıb. Atəş Türkiyə istehsalı olan TR-107 qurğularından açılıb”.

Məlumata görə, artilleriya zərbələri nəticəsində hərbi qulluqçular Norayr Xaçatryan (1995-ci il təvəllüdlü), Robert Mkrtçyan (1995), Arut Akopyan (1997) və Karen Şaginyan (1997) aldıqları ölümcül qəlpə yaralarından həlak olublar.

News.am saytının məlumatına görə, atışma zamanı 3 mülki qadın dünyasını dəyişib. Hazırda xəstəxanada olan 62 yaşlı Berdavan kənd sakini Arpik Maralcyan hadisə zamanı 94 yaşlı anası Şuşan Asatryanın və qonşusu 41 yaşlı Sonna Revazyanın öldüyünü deyir. Dünyasını dəyişən daha bir nəfər isə Paravakar kənd sakinidir. 4 nəfər isə yaralanıb.

Ana səhifəXəbərlərAtəşkəs pozulub – yaralananların və ölənlərin olduğu deyilir