Atəş nəticəsində dağılan abidələrin siyahısı açıqlanıb

Xındırıstan, Əhmədağalı və Zəngişanlı kəndlərindəki məscidlərin, Tərtər şəhərində “Cümə” məscidinin divarları ciddi şəkildə zədələnib

Source:
Ermənistanın işğal etdikləri Qarabağ və sərhədyanı torpaqlar
Ermənistanın işğal etdikləri Qarabağ və sərhədyanı torpaqlar

Xındırıstan, Əhmədağalı və Zəngişanlı kəndlərindəki məscidlərin, Tərtər şəhərində “Cümə” məscidinin divarları ciddi şəkildə zədələnib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi aprelin əvvəllərində Ermənistan tərəfinin açdığı atəş zamanı dağıdılmış tarixi-dini abidələrin siyahısını tərtib edib.

DQİK-in məlumatına görə, atışma nəticəsində Ağdamın Mahrızlı kənd qəbirstanlığında 6 qəbirüstü abidə tamamilə dağılıb. Daha 7 abidə qismən dağılıb.

Bundan başqa, Xındırıstan, Əhmədağalı və Zəngişanlı kəndlərindəki məscidlərin, Tərtər şəhərində “Cümə” məscidinin divarları ciddi şəkildə zədələnib. Hələ birinci Qarabağ müharibəsində mərmi düşməsi nəticəsində bu məscidin minarələrindən biri zədələnmişdi.

Komitə bəyan edir ki, Ermənistanın hərəkətləri bir sıra beynəlxalq hüquqi sənədlərin və xüsusən “Silahlı münaqişələr zamanı mədəniyyət abidələrinin qorunması haqqında” 1945-ci il tarixli Haaqa Konvensiyasının, “Arxeoloji irsin qorunması haqqında” 1992-ci il tarixli Avropa Konvensiyasının, YUNESKO-nun “Dünya mədəni və təbii irsinin qorunması haqqında” 1972-ci il tarixli Konvensiyasının müddəalarını pozur.

DQİK qeyd edir ki, işğal olunmuş ərazilərdə Azərbaycanın 403 tarixi-dini abidəsi, o cümlədən 67 məscid, 144 kilsə və 192 ziyarətgah var

(“Turan” İA)

Ana səhifəXəbərlərAtəş nəticəsində dağılan abidələrin siyahısı açıqlanıb