”Atan kazaklardır” siyasəti yenidən gündəmdə

Qarabağda prosesləri ruslar idarə edir

Source:


Qarabağda prosesləri ruslar idarə edir

Dağlıq Qarabağda atəşkəs növbəti dəfə pozuldu. Tərəflər yeni savaşa hazır vəziyyətə gətirilib. Lakin unutmaq olmaz ki, qısa müddətdən sonra Azərbaycan 2016-cı ildə “Formula 1 Avropa Qrand pri” yarışına ev sahibliyi edəcək və Bakı müharibənin başlamasında maraqlı ola bilməz.

Ermənistanın mövcud hakimiyyəti də savaşda maraqlı deyil və status-kvonun saxlanmasına səy göstərir. 2017-ci ildə İslam Ölkələrinin Həmrəylik oyunları keçiriləcək və Azərbaycana münaqişənin hərbi yolunda maraqlı deyil. Odur ki, son günlər baş verənlərdə Rusiya amilini nəzərə almaq lazım gəlir. Rusiya mətbuatının Azərbaycana qarşı qara piar apardığını nəzərə alsaq, ehtimal edə bilərik ki, Bakı Moskvanın maraqlarını nəzərə almaqdan imtina edir. Qərb ölkələri və beynəlxalq qurumlar da yeni savaşın olmaması üçün səylərini birləşdirir.

Əslində, yeni savaşın alovlanması Azərbaycanın həyata keçirdiyi enerji layihələrinə ziddir. Göründüyü kimi, Qarabağ cəbhəsində yeni savaşı Kreml istəyir və nə qədər ki, Rusiyanın çöküşü reallaşmayıb, Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə bağlı nikbin bəyanatlar səsləndirmək də mümkün olmayacaq. Rusiya bölgədə söz sahibinə çevrilmək istəyir və odur ki, müharibə təhlükəsi gündəmdədir. Lakin söhbət irimiqyaslı hərbi əməliyyatlardan deyil, aralıq savaşdan gedir. Unutmaq olmaz ki, ABŞ Qarabağda yeni savaşın alovlanmasına imkan vermək istəməyəcək və hətta irimiqyaslı hərbi əməliyyatlar başlayarsa, tərəfləri sülhə vadar etmə planına əl ata bilər. Bu müstəvidə yalnız lokal döyüşlərdən söhbət gedə bilər. Münqişənin bu şəkildə davam etdirilməsini Rusiya istəyir. Rusiya ermənilərin əli ilə yeni ərazilərimizi işğal etmək niyyətindədir və lokal savaş bunun tərkib hissəsidir.

Beş rayonun qaytarılması Azərbaycana verilən cavabdır. Digər tərəfdən nəzərə almaq lazımdır ki, beş rayonun işğalı Rusiyanın strategiyasıdır və həm də ona hesablanıb ki, gələcəkdə bu ərazilər qaytarılarsa, Azərbaycana daha ağır şərtlər irəli sürülsün.

İctimai rəydə beş rayonun qaytarılması ilə bağlı yaradılan ajiotaj əsassızdır. Bakının Kremlin “sülh planı”nı qəbul etməsi Azərbaycanın Rusiyanın forpostu olacağı təqdirdə reallaşa bilər. Moskvanın niyyəti də bəllidir – Ermənistan – Azərbaycan sərhədlərinin açılması, sülhməramlılar adı altında Rusiya qoşunlarının Azərbaycan ərazilərində yerləşdirilməsi. Belə şərtlərlə razılaşmaq faktiki olaraq dövlət müstəqiliyinin itirilməsi anlamına gələ bilər. Lakin unutmaq olmaz ki, Rusiyanın Azərbaycana da kifayət qədər iqtisadi, siyasi və kəşfiyyat təsiri imkanları var. Əsas problem ondan ibarətdir ki, hələlik böyük dövlətlərin regionda maraq dairələrinin bölünməsi ilə bağlı heç bir razılığı yoxdur. Məhz bu, sülhün yaradılmasına kifayət qədər ciddi maneçilik göstərir. Onu da nəzərə almaq lazım gəlir ki, bölgədə Rusiyanın güclü hərbi-siyasi təmsilçiliyi var. Həm Gürcüstanın işğal olunmuş ərazilərində, həm də Ermənistanda Rusiyanın güclü hərbi-siyasi təmsilçiliyi mövcuddur. Regionda Qərbin, yaxud da ABŞ-ın ona balans yarada biləcək təmsilçiliyi yoxdur. Elə problem də ondan ibarətdir ki, Qərbin Azərbaycanda situasiyanı idarə edə biləcək hərbi qüvvəsi mövcud deyil. Odur ki, prosesləri Rusiya idarə edə bilər.

Əgər hansısa anda münaqişənin yenidən qızışdırılması Rusiyanın marağında olacaqsa, Qarabağda bir daha qan axıdılacaq. Ermənistanın hərbi əməliyyatlara başlamasının da, arxasında məhz “Rusiya amili” dayanır. Bir sözlə, prosesləri yenidən Rusiya idarə edir. Rusiya təsirini azaltmaq üçün isə konkret plan mövcud olmalıdır. Bakı Rusiyanın təsirindən azad olmaq istəyirmi? Sual açıq qalır…

Ana səhifəAnalitika”Atan kazaklardır” siyasəti yenidən gündəmdə