Atambayev korrupsiyada ittiham edilib

Birinçi May Rayon Məhkəməsi avqustun 9-da 62 yaşlı keçmiş liderə qarşı irəli sürülən ittihamın 2013-cü ildə bir neçə ağır cinayətə görə məhkum olunmuş Əziz Batukaevin qanunsuz sərbəst buraxılması ilə əlaqəli olduğunu deyib.

Source: google.az


Keçmiş prezident avqustun 26-dək nəzarətə götürülüb

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev rəsmi olaraq korrupsiyada ittiham olunub.

Azadlıq Radiosu xəbər verir ki, keçmiş prezidentin ittiham edilməsi polisin onun paytaxt Bişkekin kənarında yerləşən yaşayış evinə hücumundan və kompleksin önündə ölümlə nəticələnən qarşıdurmadan sonra baş verib.

Birinçi May Rayon Məhkəməsi avqustun 9-da 62 yaşlı keçmiş liderə qarşı irəli sürülən ittihamın 2013-cü ildə bir neçə ağır cinayətə görə məhkum olunmuş Əziz Batukaevin qanunsuz sərbəst buraxılması ilə əlaqəli olduğunu deyib. Batukaev həmçinin qırğız millət vəkili və Daxili İşlər Nazirliyinin rəsmisinin ölümündə də ittiham edilir.

Məhkəmə hökm çıxarıb ki, Atambayev avqustun 26-dək Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin (UKMK) istintaq təcridxanasında saxlanılacaq.

Atambayev polis və UKMK-ya aid xüsusi təyinatlıların Bişkek yaxınlığında Koi-Taş kəndindəki yaşayış evinə basqından bir gün sonra tutulub həbs edilib.

Atambayevin tutulmasına aparan səbəb onun üç dəfə Daxili İşlər Nazirliyinə dindirlməyə çağırılmasına məhəl qoymaması olub. Qırğız qanunlarına görə, iki çağırış aktına riayət etməkdən imtina edən hər bir şəxs dindirilmək üçün həbs edilə bilər.

Qırğızıstan hakimiyyəti bundan əvvəl Atambayevin 2011- 2017-ci illərdə Qırğızıstan prezidenti olarkən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək beş cinayətlə üzləşdiyini deyib.

Ana səhifəDünyaAtambayev korrupsiyada ittiham edilib