Üç nəfərdə HİV, 81 nəfərdə isə hepatit aşkar edilib
Azərbaycanda Aşura günü qan verən 3 min 827 nəfərdən 122-nin qanında infeksiyalar aşkarlanıb.
Səhiyyə Nazirliyinin B.Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva APA-ya bildirib ki, üç nəfərdə HİV, 81 nəfərdə hepatit, 38 nəfərdə isə sifilis infeksiyaları aşkar olunub.
O, təhlükəli infeksiyaların aşkarlandığı qanın yandırılacağını əlavə edib.
Qanvermə aksiyası nəticəsində 1722,3 litr qan toplanıb. Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə qanvermə aksiyası ümumilikdə Bakıda və regionlarda 17 məscid və ziyarətgahı əhatə edib.