Astaranın dağ kəndlərini su basıb

“Yollar bağlanıb, elektrik xəttləri qırılıb”

Source:
Astarada sel, arxiv foto
Astarada sel, arxiv foto


“Yollar bağlanıb, elektrik xəttləri qırılıb”

Sentyabrın 6-dan 7-nə keçən gecə güclü yağış nəticəsində Astara rayonunun dağ kəndlərini sel basıb.

Təqribən bir neçə saat davam edən yağışlardan sonra dağlardan gələn sel rayonun Kijabə qəsəbəsi və Maşxan kəndinin ərazisini basıb. Bağlara, təsərrüfatlara ciddi ziyan dəyib.

Astara rayon icra hakimiyyətinin informasiya şöbəsinin müdiri Səfail Məmmədov Meydan TV-yə bildirib ki, güclü yağıntılar nəticəsində rayonun dağ kəndlərini sel basıb. Yollar bağlanıb, elektrik xəttləri qırılıb: “Səhər tezdəndən əraziyə çoxlu sayda işçilər cəlb etmişik. Yollar qismən açılıb. Elektrik xəttlərinin bərpası sahəsində isə işlər gedir. Tezliklə fəsadlar tam aradan qaldırılacaq”.

Ana səhifəXəbərlərAstaranın dağ kəndlərini su basıb