AŞPA Sədarət Komitəsi girov azərbaycanlılarla bağlı qərar qəbul edib

“Qərar girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin məhkəmə hüququnun təmin edilməsinə dair AŞPA-da qərar qəbul edilməsi üçün ən qısa və mühüm addımdır”

Source:


“Qərar girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin məhkəmə hüququnun təmin edilməsinə dair

AŞPA

-da qərar qəbul edilməsi üçün ən qısa və mühüm addımdır”


AŞPA

 Sədarət Komitəsi Ermənistan tərəfindən girov götürülmüş azərbaycanlılarla bağlı qərar qəbul edib.

Bu barədə

APA

-ya Azərbaycanın

AŞPA

-da nümayəndə heyətinin üzvü

Elxan Süleymanov

 məlumat verib.

O xatırladıb ki,

AŞPA

-nın yanvar sessiyasında Ermənistan qüvvələri tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin ədalətli məhkəmə hüququnun təmin edilməsinə dair qətnamə layihəsi hazırlayaraq,

AŞPA

 katibliyinə təqdim etmişdi: “Katibliyə təqdim etdiyim “Dilqəm Əsgərov və Şahbaz Quliyevin ədalətli məhkəmə hüququnun təmin edilməsinə dair“ adlanan həmin qətnamə layihəsi

Avropa Şurası

na üzv olan 47 ölkədən 24 ölkəni təmsil edən 46 deputat tərəfindən imzalanmışdı.

AŞPA

-nın prosedur qaydalarına əsasən qətnamə təklifi ən azı 5 üzv dövləti təmsil edən 20 deputat tərəfindən imzalandıqdan sonra gündəliyə daxil edilməlidir. Göründüyü kimi, qətnamə layihəsi hazırlanarkən tam olaraq qurumun prosedur qaydalarına əməl edilib və həmin qaydalara uyğun olaraq qətnamə layihəsi

AŞPA

-nın gündəliyinə daxil edilib”.

E.Süleymanov bildirib ki,

AŞPA

 Sədarət Komitəsinin bugünkü iclasında qeyd edilən qətnamə layihəsi müzakirəyə çıxarılıb: “İclasda həmin sənədin “Azərbaycanın

Dağlıq Qarabağ

və digər işğal olunmuş ərazilərində gərginliyin artmasına dair” hazırlanacaq məruzədə nəzərə alınması üçün Siyasi Məsələlər Komitəsinin məruzəçisi Robert Volterə göndərilməsi tövsiyə edilib. Növbəti addım kimi sənəd Büroda baxılmalı və Sədarət Komitəsinin tövsiyələrinə uyğun qərar qəbul edilməlidir. Hesab edirəm ki, Sədarət Komitəsinin 5 martda qəbul etdiyi qərar girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin məhkəmə hüququnun təmin edilməsinə dair

AŞPA

-da qərar qəbul edilməsi üçün ən qısa və mühüm addımdır”.

Ana səhifəXəbərlərAŞPA Sədarət Komitəsi girov azərbaycanlılarla bağlı qərar qəbul edib