AŞPA referenduma 7 nəfər müşahidəçi göndərəcək

Müşahidəçilər Azərbaycanda vətəndaş cəmiyyəti və KİV nümayəndələri ilə görüşəcəklər

Source:
AŞ PA
AŞ PA


Müşahidəçilər Azərbaycanda vətəndaş cəmiyyəti və KİV nümayəndələri ilə görüşəcəklər

Sentyabrın 26-də Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı keçiriləcək referendumun müşahidəsi üçün Avropa Şurası Parlament Assambleyası (AŞPA) 7 nəfərlik heyət göndərəcək.

AŞPA-nın mətbuat xidmətindən “Report”a deyilib ki, müşahidəçilər Azərbaycan hökumətinin dəvəti ilə göndərilir.

Nümayəndə heyətinə Aleksandr Nikoloski (Makedoniya) başçılıq edəcək.

Ümumi tərkib isə belədir:

Andrea Riqoni (İtaliya);

Yanaki Stoylov (Bolqarıstan);

Antonio Qutyerres (İspaniya);

Dominik Tarjinski (Polşa);

Ştefan Şennax (Avstriya), Azərbaycan üzrə Monitorinq Komitəsinin həmməruzəçisi;

Sezar Florin Preda (Rumıniya), Azərbaycan üzrə Monitorinq Komitəsinin həmməruzəçisi.

Nümayəndə heyəti səfər zamanı İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri, eləcə də vətəndaş cəmiyyəti və KİV nümayəndələri ilə görüşəcəklər. Referendum günü nümayəndə heyətinin üzvləri seçki məntəqələrinə baş çəkəcəklər.

AŞPA nümayəndə heyətinin rəhbəri sentyabrın 27-də Bakıda keçirəcəyi mətbuat konfransında referendumun monitorinqinin nəticələrinə dair öz fikirlərini açıqlayacaq.

Ana səhifəXəbərlərAŞPA referenduma 7 nəfər müşahidəçi göndərəcək