AŞPA prezidentindən İntiqam Əliyevin azadlığa buraxılması qərarına münasibət

”Mən hüquq müdafiəçisinin azadlığa buraxılmasını alqışlayıram”

Source:
Pedro Aqramunt
Pedro Aqramunt
Pedro Aqramunt
Pedro Aqramunt


”Mən hüquq müdafiəçisinin azadlığa buraxılmasını alqışlayıram”

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Pedro Aqramunt İntiqam Əliyevin azadlığa buraxılması barədə məhkəmə qərarını alqışlayıb.

Bu barədə P.Aqramunt şəxsi “Twitter” səhifəsində yazıb.

“Mən hüquq müdafiəçisinin azadlığa buraxılmasını alqışlayıram. Bu, doğru addımdır. Azərbaycanın məhkəmə sistemi həmişə tam müstəqil fəaliyyət göstərir”, – deyə P.Aqramunt bildirib.

Martın 28-də Ali Məhkəmədə baş prokuror Zakir Qaralovun “Hüquq Maarifçiliyi Cəmiyyəti”nin həbsdə olan sədri İntiqam Əliyevlə bağlı məhkəmə qərarından cəzanın ağır olmasına dair verdiyi əlavə kassasiya protesti üzrə məhkəmə keçirilib. Məhkəmə İ.Əliyevə 5 il şərti həbs cəzası verilməklə azadlığa buraxılması barədə qərar qəbul edib (


report.az


)

Ana səhifəXəbərlərAŞPA prezidentindən İntiqam Əliyevin azadlığa buraxılması qərarına münasibət