AŞPA-da Azərbaycanla bağlı iki qətnamə qəbul olunub

Anar Məmmədli: ”Hər iki sənəd Azərbaycanda insan hüquq və azadlıqlarının vəziyyətini əks etdirdiyindən bu sahədə çalışanların, o cümlədən, Bakının Brüssel və Strastburqla münasibətlərinə təsir göstərək”

Source:


Anar Məmmədli: ”Hər iki sənəd Azərbaycanda insan hüquq və azadlıqlarının vəziyyətini əks etdirdiyindən bu sahədə çalışanların, o cümlədən, Bakının Brüssel və Strastburqla münasibətlərinə təsir göstərək”

Avropa Şurası  Parlament Assambleyasının (AŞPA) oktyabrın 11-də plenar iclasında Azərbaycan üzrə iki hesabat müzakirəyə təqdim edilib.

İlk olaraq Azərbaycanın öhdəlikləri üzrə məruzəçilər Stefan Şennax və Sezar Florin Predanın hazırladıqları “Azərbaycanda demokratik təsisatların vəziyyəti” adlı hesabat üzrə dinləmələr keçirilib.

Report.az yazır ki,  Parlament Asambleyası “Azərbaycanda demokratik təsisatların fəaliyyəti” adlı hesabatı təsdiqləyib və bununla bağlı qətnamə qəbul edib. Sənədin lehinə 115, əleyhinə 27 deputat səs verib.

AŞPA üzvlərindən 7 nəfər səsvermədə iştirak etməyib.

Ardınca Alen Desteksin “Azərbaycanın Avropa Şurasında sədrliyi: insan hüquqlarına əməl edilməsi sahəsində atılacaq növbəti addımların vəziyyətinə dair” hesabatı dinlənilib. Hesabat üzrə qətnamənin lehinə 111, əleyhinə 35 deputat səs verib.

Müzakirələr zamanı nümayəndə heyətinin sədri Səməd Seyidov bildirib ki, qəbul olunan məruzələr AŞPA-ya utanc gətirən bir sənədlərdir:

“Xüsusən İnsan Haqları Komitəsi adından qəbul olunmuş “Azərbaycanın Avropa Şurasında sədrliyi: insan hüquqlarına əməl edilməsi sahəsində atılacaq növbəti addımların vəziyyətinə dair” sənədi qeyd etmək istəyirəm. Özü də bunu tam məsuliyyətlə deyirəm. Çünki məsələləri süni şəkildə gərginləşdirmək, hesabata həqiqətdən uzaq olan faktları daxil etmək onu ciddilikdən çıxarıb, qeyri-ciddi sənəd halına gətirir. Azərbaycan müstəqil dövlət kimi belə bir sənədlə işləyə bilməz”.

Toplantıda iştirak edən Seçkilərin Monitorinqi  və Tədrisi Mərkəzinin sədri Anar Məmmədli Meydan TV-yə deyib ki, Azərbaycanda insan hüquq və azadlıqlarının vəziyyəti, siyasi represiyalar və təqiblər, o cümlədən ifadə azadlığı, sərbəst toplaşmaq və birləşmək azadlıqlarının kritik durumuna dair iki hesabat üzrə qətnamələr böyük səs üstünlüyü ilə qəbul edildi.

“Sənədlər ölkədəki siyasi reallıqları yetərincə təsvir etməklə yanaşı Avropa standartlarına uyğun məhkəmə-hüquq sisteminin olmadığını, siyasi motivli həbslərin davam etdiyini və Avropa İnsan Hüquqları Məhkəməsinin İlqar Məmmədovla bağlı qərarının icar olunmadığını bildirir. Jurnalistlər, vətəndaş cəmiyyəti fəalları və siyasi fəalların üzərində təqiblərin olduğu xüsusi olaraq qeyd edilir”.

O, bildirib ki, müzakirələr zamanı Azərbaycan nümayəndə heyəti adından çıxış edənlər istisna olmaqla qətnamə layihələrinin əleyhinə heç kim çıxış etməyib.

Qətnamələrin ölkə daxilində təsirinə gəldikdə, Anar Məmmədli hesab edir ki, hər iki sənəd Azərbaycanda insan hüquq və azadlıqlarının vəziyyətini əks etdirdiyindən bu sahədə çalışanların, o cümlədən, Bakının Brüssel və Strastburqla münasibətlərinə təsir göstərək.

“Xüsusilə hazırda Azərbaycan Avropa Birliyi ilə strateji əməkdaşlıq sazişini imzalanmaması müzakirələrini aparır. Müzakirələr yetərincə şəffaf aparılmasa da, hər halda qanunun aliliyi, məhkəmələrin müstəqilliyi, insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı məqamlar yetərincə ciddi diskussiyaya çevrildiyi bəllidir. Bu baxımdan belə müzakirələrdə AŞ PA-nın qəbul etdiyi qətnamələrin rolu böyükdür. Avropa Birliyinin rəsmiləri bu sənədlərə diqqət yetirib əsaslanmalıdırlar”.

Anar Məmmədli

A.Məmmədli bildirib ki, Nazirlər Komitəsinin həbsdə olan ReAL sədri İlqar Məmmədli ilə bağlı qəbul etdiyi qərar üzrə katibliyə göndərdiyi tövsiyələr əsasında Avropa Şurası strukturlarında Azərbaycanın üzvlüyü haqda məsələlər müzakirə edilir.

“Nazirlər Komitəsi İlqar Məmmədovun azad olunması haqda Avropa Məhkəməsinin qərarları əsasında katibliyə tövsiyələrini göndərib. Prosedurlarla bağlı qeyri-müəyyənlik səbəbindən katibliyin hansı qərara gələcəyi hələ bilinmir. Ancaq ümumi qənaət odur ki, Azərbaycanın Avropa Şurasındakı üzvlük məsələsi yaxın iki həftədə müəyyənləşəcək. Bir çox ekspertlər düşünür ki, Azərbaycan nümayəndə heyəti səsvermə hüququnu itirə bilər. Bəziləri isə Azərbaycanın qurumdan xaric edilməsini də mümkün sayır. Hər halda İlqar Məmmədovla bağlı məsələnin müsbət həllinin tapmayacağı şəkildə hansı qərarın veriləcəyini indidən proqnozlaşdırmaq çətindir. Amma mümkün təzyiq mexanizmləri ilə bağlı Avropa Şurası strukturlarında müzakirələr artıq gedir”.

Ana səhifəXəbərlərAŞPA-da Azərbaycanla bağlı iki qətnamə qəbul olunub