Asif Yusiflinin cəzası 1 il azaldıldı

Ali Məhkəmə cəbhəçinin şikayətinə baxıb

Source:


Ali Məhkəmə cəbhəçinin şikayətinə baxıb

Ali Məhkəmə martın 2-də AXCP Rəyasət Heyətinin üzvü Asif Yusiflinin cəzasını 6 ildən 5 ilə endirib.

Kassasiya şikayəti Asif Yusiflinin həbsinin qalan hissəsindən azad edilməməsi barədə məhkəmə qərarından verilmişdi.

Cinayət Məcəlləsində edilmiş dəyişiklikdən sonra Nizami Rayon Məhkəməsi Asif Yusifliyə ittihamı məcəllənin 178.3 maddəsindən 178.2-ci maddəsinə dəyişib. Məhkəmədə Qarabağ əlili olan A.Yusiflinin cəzaçəkmə rejimi dəyişdirilib, ancaq barəsindəki hökm əvvəlki kimi saxlanıb. Vəkilləri bunu ədalətli hesab etməyib, hökmün dəyişdirilməsini istəmişdilər. Ancaq Bakı Apellyasiya Məhkəməsi onların bu istəyini rədd etmişdi.

A.Yusifli 2014-cü il noyabrın 25-də fırıldaqçılıq (178-ci maddə) və sənədlərin saxtalaşdırılması (320-ci maddə) ittihamı ilə saxlanıb. İttihamnamədə bildirilir ki, iş üzrə zərərçəkmiş Fəridə Zülfüqarova Təhsil Nazirliyinin əməkdaşı Rafiq Hüseynova çatdırmaqdan ötrü A.Yusifliyə 6 min 500 manat verib.

A.Yusifli ittihamı qəbul etmir, bunu siyasi sifariş sayır.

Ana səhifəXəbərlərAsif Yusiflinin cəzası 1 il azaldıldı