Arzu Abdullayeva Torbyorn Yaqlandla görüşüb

Hüquq müdafəçisi Baş katiblə siyasi məhbuslar məsələsini müzakirə edib

Source:
Arzu Abdullayeva


Hüquq müdafəçisi Baş katiblə siyasi məhbuslar məsələsini müzakirə edib

Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayeva Strasburqda Avropa Şurasının baş katibi Torbyorn Yaqlandla ğörüşüb.

Komitənin yaydığı məlumata görə, fevralın 21-də baş tutan görüş zamanı Azərbaycanda insan haqlarının vəziyyəti müzakirə olunub.

REAL Hərəkatının lideri İlqar Məmmədovun azad olunmasının vacibliyi, ölkədə siyasi partiyaların, QHT və KİV-lərin fəaliyyəti, toplaşmaq azadlığının hakimiyyət tərəfindən məhdudlaşdırılıması, vətəndaş cəmiyyətinin problemlərinin həlli görüşün əsas mövzusu olub.

A. Abdullayeva həmçinin siyasi məhbuslar məsələsi, onlara əfvin şamil olunub-olunmayacağı, siyasi məhbuslar haqqındakı müxtəlif siyahılardan və onların səbəblərindən danışıb.

T.Yaqland  prezidentin penitensiar xidmət strukturlarında islahatlar barədə sərəncamını dəstəklədiyini bildirib və qeyd edib ki, bu, vəziyyətin ümumi yumşalmasına zəmin ola bilər.

Ana səhifəXəbərlərArzu Abdullayeva Torbyorn Yaqlandla görüşüb