Arzu Abdullayeva: ”Belə əfv fərmanını anlamıram”

”Fərmanının imzalanmasında Rusiyanın diktəsi öz rolunu oynayıb”

Source:


”Fərmanının imzalanmasında Rusiyanın diktəsi öz rolunu oynayıb”

Hüquq müdafiəçisi Arzu Abdullayeva prezident İlham Əliyevin 28 dekabrda imzaladığı əfv fərmanı haqda “çox pis” deyə qiymət verib.

Bu barədə hüquq müdafiəçisi Meydan TV-nin sualını cavablandırarkən deyib ki, o, əfvi çox pis qiymətləndirir: “Monitorinq Qrupunun siyahısından bir nəfərin adı belə siyahıda yoxdursa, buna heç qiymət də verə bilmirik. Yəqin ki, bu cür əfv fərmanının imzalanmasında Rusiyanın diktəsi öz rolunu oynayıb. Çünki Kreml bugün bizə hər bir şeyi diktə edir”.

O, söylədiklərinin ona məxsus olduğunu söyləyib: “Güman ki, Monitorinq Qrupunun üzvləri belə fikirlər işlətməz. Amma həmkarlarımın hamısı məyusdur”.

Hüquq müdafiəçisi İşçi Qrupunun toplantılarında bundan sonra da iştirak edəcəklərini dedi: “Əfv fərmanının bu məsələyə aidiyyatı yoxdur. İşçi Qrupu siyasi məhbuslara görə təsis olunmayıb, orda başqa məsələlər də müzakirə olunur. Bəli, bizim təkliflər nəzərə alınmayıb, buna öz etirazımızı bildirəcəyik. Mən indidən deyirəm, belə əfv fərmanını anlamıram. Bu, Azərbaycan hakimiyyətinin beynəlxalq təşkilatlara nümayişkaranə münasibətidir. Hakimiyyət bununla kimə özünü nümayiş etdirir? Bu yanaşmanın fəsadlarını düşünmürlərmi? Hesab edirəm ki, belə siyasət xalqımızın da, hakimiyyətin özünün də əleyhinədir”.

Təəssüf ki, hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səadət Bənənyarlı, Əvəz Həsənov və Eldar Zeynalovla əlaqə saxlamaq cəhdimiz baş tutmadı. Onlar telefonlara cavab vermədilər.

Ana səhifəXəbərlərArzu Abdullayeva: ”Belə əfv fərmanını anlamıram”