Arxa cəbhədə və ön cəbhədə baş verənlər

Sən ön cəbhə üçün ağlayarkən, onlar arxa cəbhədə işlərini görürdülər

Source:

On cəbhədə gərginlik, şəhid cənazələri, narahatçılıq, səfərbərlik və müharibə təlaşı gedən ərəfədə arxa cəbhədə nələr baş verirdi, bilirsinizmi?

1. Daha bir hüquq müdafiəçisi Rəsul Cəfərov şərlənərək həbs olundu.

2. Politoloq Arif Yunus “vətən xainliyi” ilə şərlənərək həbs olundu.

3. Hüquq müdafiəçisi Emil Məmmədov və maarifçi Həsən Hüseynlini həbs edib, İlham Əliyevə üzrxahlıq məktubu yazdırdılar. Vəkili və ailəsi təkzib etdiyi halda.

4. Müsavat Partiyasının Tərtər rayon təşkilatının keçmiş sədri, hazırda partiyanın üzvü Xəqani Məmmədov həbs olundu.

5. Benzinin qiymətini qaldırdılar. “Premium Euro-95” markalı benzinin qiyməti 97 qəpik oldu.

6. Nәqliyyat sektorunda yükdaşıma tariflәri 0,6 %, sәrnişindaşıma tariflәri isә 2,3% bahalaşdı. Yәni avtobus, marşrut vә metro gediş haqlarına tәsir edәcәk.

7. Hava nәqliyyatında sәrnişindaşıma tariflәrindә MDB üzrә 8,2%, digәr xarici ölkәlәr isә 13,8% bahalaşdı. Bir sözlә tәyyarә biletlәrinin qiymәtini әmәllicә qaldırdılar.

8. Sәkkiz qeyri hökümət təşkilatının bank hesablarına qadağa qoyuldu.

9. “Vətən, başın sağ olsun” adlı event yaradaraq hamını şəhidləri anmağa dəvət edən gənc «Facebook» fəalı Kamran İsmayılzadə 10 sutka həbs olundu.

10. “Ali Baş Komandan Xalqa Cavab Ver” adlı event yaradan Ruslan Nəsirli həbs olundu.

11. Azərbaycandan Gürcüstana keçirilən 3 ton heroin haqqında hüquq mühafizə orqanları bircə kəlmə də hesabat vermədilər.

12. Müdafiə Nazirliyinin vəsaiti ilə Türkiyəyə müalicəyə göndərilən, daha sonra isə müalicə vəsaitinin ödənməməsi səbəbi ilə geri qaytarılan Azərbaycan Ordusunun mayoru Rəşid Nəbi oğlu Məmmədov dünyasını dəyişdi..

13. Tanınmış hüquq müdafiəçisi İntiqam Əliyev həbs olundu.

14. Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu mühasirəyə alındı, rəhbəri Emin Hüseynovun bank hesablarına və ölkədən çıxışına da qadağa qoyuldu.

Nəticə? Son hadisələrdə 18 hərbçimizi itirdik, onların 14-ü şəhid oldu. Amma ön cəbhədə bir metr torpaq da qazanmadıq, adicə post belə almadıq. Arxa cəbhədə isə nəticə kifayət qədərdir. Hələ də şəhidlərimizin üzərindən oynanan bu iyrənc “dava-dava” oyunbazlığına inanırsınız?


Yazıdakı fikirlər müəllifə məxsusdur və onlara görə Meydan TV məsuliyyət daşımır.

Ana səhifəMənim FikrimcəArxa cəbhədə və ön cəbhədə baş verənlər