Artan hərbi büdcə və əsgər ölümləri

“Bir dəfə ürəyini açdı. Quru yerdə yatır. Şərait yoxdur. Hərbi hissəyə bir həftəlik yemək gəlir. Ya çatır, ya çatmır. Son vaxtlarda deyirdi. Artıq dözməyib uşaq. Bəlkə də görübər uşaq açır deyir, ona görə öldürüblər onu?”

Sevil Mirzəyeva 190 saylı Bərdə rayon hərbi hissəsində xidmət edən oğlu Rüstəm Quliyevin yanvarın 12-də özünü öldürməsi barədə deyilənlərlə razılaşmır. Onun sözlərinə görə, oğlu son zamanlar hərbi hissədəki şəraitsizlikdən şikayətlənməyə başlamışdı və yanvar çağırışında ailəsindən yerini dəyişdirmələrini istəyirmiş. Sevil Mirzəyeva kimi, Xanım Alıyeva da əsgər övladının müəmmalı şəkildə öldüyünü deyir. Orxan Aliyev dekabrın 11-də Naftalandakı 157 saylı hərbi hissədə vəfat edib.

Ana səhifəVideoArtan hərbi büdcə və əsgər ölümləri