”Arqument.az” saytının bloklanması ilə bağlı qərar ləğv edildi

Apelyasiya Məhkəməsi əvvəlki qərarı qüvvədə saxlamadı

Source:
Bakı Apelyasiya Məhkəməsi (Foto: APA)
Bakı Apelyasiya Məhkəməsi (Foto: APA)


Apelyasiya Məhkəməsi əvvəlki qərarı qüvvədə saxlamadı

Bakı Apelyasiya Məhkəməsi Səbail Rayon Məhkəməsinin “arqument.az” saytının bloklanması haqda 8 avqust qərarını ləğv edib.

Baş redaktor Şəmşad Ağa Meydan TV-yə deyib ki, Azərbaycanda ilk dəfə belə hal baş verdiyindən qərar onun üçün gözlənilməz olub:

“Mən prosesdə dünənki qərarı ədalətsiz qərar hesab etdim, elə bugünkü qərar da ədalətsizdir. Çünki kimlərsə media üzərində nə oyun qurur, anlaşılmazdır. Biz heç bir oyunda iştirak etmirik və etməyəcəyik. Apelyasiya Məhkəməsinin qərarı da siyasidir, nə baş verdiyini bilmirik, heç kimə də təşəkkür borcumuz yoxdur. Ümumiyyətlə, medianın bloklanma siyasəti hakimiyyətin mediaya təzyiqidir”.

Səbail Rayon Məhkəməsi

avqustun 8-də

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “xural.com”, “arqument.az” saytlarının fəaliyyətinin məhdudlaşdırılması haqda müraciətinə baxıb.

Məhkəmə “Xural”ın bloklanması və baş redaktor Əvəz Zeynallının 10 manat cərimələnməsi haqda qərar çıxarıb.

2017-ci ilin mayın 12-də isə Səbail Rayon Məhkəməsinin qərarıyla Azadlıq Radiosunun “azadliq.org”, “Azadlıq” qəzetinin “azadliq.info”, MeydanTV-nin “meydan.tv”, “abzas.net”, ölkə xaricindən yayımlanan Turan TV-nin “turan.tv” və “Azərbaycan saatı” televiziya proqramının “azerbaycansaati.org” saytları bloklanıb.

Məhkəmə qərarı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin iddiası əsasında verilib. Nazirlik iddiasının Baş Prokurorluğun müraciətinə söykəndiyini bildirib. Müraciətdə sözügedən saytlarda dövlətin maraqlarına ziyan vuran bir sıra yazıların yayıldığı iddia edilib. Ancaq müdafiə tərəfi məhkəmə prosesində iddiaların əsassız olduğunu bəyan edib.

2017-ci ilin martın 10-da Milli Məclisin plenar iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi” və “Telekommunikasiya haqqında” qanunlara dəyişikliklə internet resurslarının dövlət qurumu tərəfindən rəsmi qaydada bloklanma qaydaları qəbul edilib.

Bu il isə “Bastainfo.az”, “criminal.az”, “az24saat.az”, “xural.com”, və “gününsesi.info” saytları bloklanıb.

Ana səhifəXəbərlər”Arqument.az” saytının bloklanması ilə bağlı qərar ləğv edildi