Arif Yunusun cinayət işi məhkəməyə göndərilib

Source:

Sülh və Demokratiya İnstitutunun həbsdə olan əməkdaşı Arif Yunusun barəsində olan cinayət işi üzrə materiallar məhkəməyə göndərilib.

Bu barədə

APA

-ya məlumat verən A.Yunusun vəkili Əfqan Məmmədov bildirib ki, cinayət işinin materialları ilə tanışlıq başa çatıb və ittiham aktı təsdiq olunaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Arif Yunus Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və 178.3.2-ci (dələduzluq) maddələri ilə təqsirli bilinir. A. Yunus ötən il avqustun 5-də həbs edilib.

O, irəli sürülən ittihamları rədd edir.

Ana səhifəXəbərlərArif Yunusun cinayət işi məhkəməyə göndərilib