Arif Yunus: “Bizi həbs edəcəklər” VİDEO


Leyla Yunusu Ağır Cinayətlərə dair İstintaq İdarəsindən çıxarıb Nəsimi rayon Məhkəməsinə aparıblar.

Arif Yunusun vəkili Cavad Cavadovun verdiyi məlumata görə,  Leyla Yunusa qarşı dövlətə xəyanət (274-cü maddə), vergi ödənişindən yayınma (213-cü maddə), qanunsuz sahibkarlıq (192-ci maddə), sənədlərin saxtalaşdırılması (320-ci maddə), böyük ölçüdə fırıldaqçılıq (178.3.2) ittihamlar irəli sürülüb. Arif Yunus barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib. Ona qarşı 274 və 178.3.2-ci maddələrlə ittiham irəli sürülüb.

Səhər saat 11 radələrindən yaşadığı evin qarşısından maşına zorla mindirilərək Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinə aparılıb. Arif Yunus da istintaqa çağırılıb. Təxminən 7 saatlıq dindirilmədən sonra Leyla Yunus İdarədən Nəsimi rayon Məhkəməsinə aparılıb. Arif Yunus Meydan TV-yə müsahibəsiondə bu gün həbs olunacaqlarını demişdi.

Ana səhifəVideoArif Yunus: “Bizi həbs edəcəklər” VİDEO