Arif Məmmədov Respublika Prokurorluğuna cavab verdi

“400 min avro pulum olsaydı, hakimiyyətin “kristal nümayəndələri”ndən fərqli olaraq ailəvi istirahətə qiyməti 30 avroya olan RYANAIR təyyarəsi ilə getməzdim”

Source:


“400 min avro pulum olsaydı, hakimiyyətin “kristal nümayəndələri”ndən fərqli olaraq ailəvi istirahətə qiyməti 30 avroya olan RYANAIR təyyarəsi ilə getməzdim”

Azərbaycanın Avropa Şurası yanında Daimi Nümayəndəliyinin keçmiş rəhbəri Arif Məmmədov Respublika Prokurorluğunun avqustun 12-də onun barəsində yaydığı bəyanata öz Facebook səhifəsində reaksiya verib.

Sabiq səfir məsələ ilə bağlı 1 gün sonra cavab verməsinin səbəbini Belçika dövlətinin müvafiq strukturları ilə təhlükəsizliyi və əlavə mühafizə işləri barədə müzakirələr aparması ilə izah edib.

“Bu məsələlər Avropa Birliyinin gündəliyindədir, qurumun Bakıdakı diplomatik korpusları Brüsseli hər zaman məlumatlandırır.  Azərbaycan hakimiyyəti bilir ki, mən Avropada hərtərəfli müdafiə altındayam. Hökumətin məqsədi məni qorxutmaqdır, o cümlədən, sizi də, məqsəd “Ağ qərənfillər” hərəkatının etirazına yol verməməkdir. Hakimiyyətdəkilər bilir ki, ağ köynəkli və qərənfilli insanları küçələrdə qovsalar, bütün dünya onlara güləcək. Hökumət qorxur və panikadadır”,- deyə cənab Məmmədov yazır.

Sabiq səfir siyasi hərəkat və partiya təsis etməyəcəyini xatırladaraq yazıb ki, ona qarşı kampaniyaya cavab olaraq islahatlar və demokratiya naminə siyasi hərəkat yaratmaqla məşğul olur: “Sizin məsləhətlərinizlə bizim hərəkat Ağ qərənfillər adlanır. Elə alınıb ki, qırmızı qərənfillər 20 yanvar faciəsindən sonra  xalqımızın  yas simvoluna çevrilib. Ağ qərənfillər xalqımızın korrupsiyadan, ədalətsizlikdən təmizlənmənin, azadlıq və inkişafın simvolu olacaq. Texniki problemlər “Azərbaycan – 2025” proqramı ilə ardıcıl məşğul olmağa imkan vermir. Amma inanıram ki, proqramın ümumi tezisləri olan təhsil islahatı, milli fondun yaradılması ilə tanışsınız. Yaxın zamanda mənə peşəkarlardan ibarət gücü komanda gərək olacaq. Avropada yaşayan azərbaycanlılardan xahiş edirəm ki, Brüsseldə bir araya gəlib bu proqram üzərində işləyək. Bu yöndə ingilis dilini mükəmməl bilmək, beynəlxalq təşkilatlarla işləmə bacarığı vacibdir və işin zəhmət haqqı müvafiq şəkildə ödəniləcək”.

Arif Məmmədov Respublika Prokurorluğunun ittihamlarının heç bir əsası olmadığını iddia edir: “Keçmiş həmkarlarımı prokurorluğa çağırıb əleyhimə ifadə almaq üçün şantaj ediblər. Düşünmədən yazırlar ki, mən işıq pulu ödəməmişəm. Mən Strastburqda xidmət binasında yaşamışam, bundan başqa bütün dünyada səfirin rezidensiyası birinci növbədə iş yeridir. Əgər 400 min avro pulum olsaydı, hakimiyyətin “kristal nümayəndələri”ndən fərqli olaraq ailəvi istirahətə qiyməti 30 avroya olan RYANAIR təyyarəsi ilə getməzdim. Azərbaycanın bütün məmur ailələrinə daha sadə avia reyslərlə istirahətə getmək sərf etmir. Onlar özlərinin şəxsi təyyarələrindən istifadə edirlər ki, buda 10 milyonlar deməkdir. Bəs nədən Respublika Prokurorluğu bu məsələlərlə məşğul olmur. Əgər istəyirlərsə, mən onlara ümumi məlumat verə bilərəm. Bundan əlavə mən milyonlarla avroya başa gələn abidələr və parklar salmamışam, amma bu “biznes” “halal” hesab olunur və Respublika Prokurorluğu ora müdaxilə etmir. Eybi yox, tezliklə Azərbaycan xalqı hər şeyin şahidi olacaq. Ki, bu adamlar hüquq müdafiəçilərinə, jurnalistlərə, dindarlara, adi vətəndaşlara qarşı çirkli iş açmadıqlarına görə and içəcəklər. Sadəcə, onlar administrasiyadan gələn sifarişi icra etdiklərini deyəcəklər. Bu doğru deyil və andları onları məsuliyyətdən azad etmir. Yaxşı olar ki, bu adamlar bir daha düşünsün. Mən demokratik dünyagörüşlü adamam, amma xalqıma qarşı edilən istehzaya görə amansız olacam”.

Avqustun 12-də Respublika Prokurorluğu bəyanat yayaraq Arif Məmmədovun Azərbaycanın Avropa Şurası yanında Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsində işləyərkən qulluq mövqeyindən və vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə büdcə vəsaitlərini təyinatdan kənar istifadə etmə, dövlət əmlakını külli miqdarda mənimsəmə və ya israf etmə yolu ilə talama, rəsmi sənədlərə bilə-bilə yalan məlumat daxil etməklə vəzifə saxtakarlığı cinayətlərini törətməsi və digər qanun pozuntularına yol verməsi halları aşkarladığını bildirib.

Bəyanatda sabiq səfir Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə külli miqdarda törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı) və 326.1-ci (rəsmi sənədləri, ştampları və ya möhürləri oğurlama, məhv etmə) maddələri ilə təqsirləndirilərək haqqında “İnterpol”un Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Milli Mərkəzi Bürosu tərəfindən zəruri istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilməsi göstərilir.

Ana səhifəXəbərlərArif Məmmədov Respublika Prokurorluğuna cavab verdi