Arif Hacılıdan AXCP və KXCP-yə müttəfiqlik müraciəti (VİDEO)

Arif Hacılı Müsavat başqanı seçildikdən sonra ilk məbuat konfransını keçirib. O, Kəlbəcərdə girov saxlanılan azərbaycanlıların məhkəmə prosesinə toxunaraq, vətəndaşların geri qaytarılması üçün tədbirlər görməyi vacib saydı.

Azərbaycanın ən böyük problemlərindən biri kimi siyasi məhbusları göstərən Arif Hacılı 100-dən çox siyasi məhbusun azadlığa buraxılmasını tələb edib.

Arif Hacılı son dövrlərin ən çox müzakirə olunan məsələsi, Müsavatın keçirdiyi VIII Qurultaydan sonrakı söz-söhbətlərə də aydınlıq gətirdi. Müzakirələrin müsbət hal olduğunu qeyd edən başqan bununla da həqiqətin harda olduğunun aydınlaşdığını bildirib. Arif Hacılı 2015-ci ildə keçiriləcək bələdiyyə seçkilərinə də toxunaraq, seçki komissiyalarının faktiki olaraq hakimiyyətin nəzarəti altında olmasının seçkilərə marağı azaltdığını deyib.

Arif Hacılı Qurultay və Müsavat barədə olan söz-söhbətlərin nəhayət bitməsini və gələcəyə baxmağın vaciblini vurğulayıb. Qurultaydan əvvəl kimin hansı mövqe tutmasından asılı olmadan hamının birlikdə işləməsinin tərəfdarı olduğunu deyib.

Müsavat Partiyası daxili fraksiya yaradılması təşəbbüslərinə toxunan A.Hacılı partiya Nizamnaməsində fraksiya yaradılması nəzərdə tutulmadığını deyib. Fraksiya yaradılmasının partiya maraqlarına uyğun olmadığını iddia edib. “Kimlər fraksiya fəaliyyəti niyyətinə düşsələr, partiya üzvlərinin qarşısında bir qədər də nüfuzdan düşəcəklər”, – deyə A.Hacılı fraksiya tərəfdarlarına xəbərdarlıq edib.

Sonda Arif Hacılı jurnalistlərin suallarını cavablandırıb.

Ana səhifəVideoArif Hacılıdan AXCP və KXCP-yə müttəfiqlik müraciəti (VİDEO)