Arif Hacılı polisə çağırılıb (yenilənib)

Arif Hacılının sözlərinə görə, onların ziyarəti hakimiyyəti narahat edib

Source: Specify Source

13.02.

Fevralın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Ağbulaq Xizək Mərkəzinin açılışında iştirak edib.


“Azərtac”ın yaydığı



məlumat



da tədbirdən fotolar da təqdim olunub. Ancaq iştirakçıların heç biri maska geyinməyib.

***

12.52.

Daxili İşlər Nazirliyi (DİN) Müsavat Partiyasının başqanı Arif Hacılının polisə çağırılması barədə məlumata münasibət bildirib.


Nazirlik Arif Hacılının polis orqanlarına dəvət edilmədiyini bildirib: "Arif Hacılı xüsusi karantin rejimi qaydalarını pozduğu üçün onun barəsində Yasamal rayon Polis İdarəsi tərəfindən protokol tərtib edilib. Həmin protokol onun yaşadığı ünvana göndəriləcək”.


Müsavat başqanı: "Dedilər ki, şəhidlərin məzarını ziyarət edəndə maskasız olmusan"

Müsavat Partiyasının başqanı Arif Hacılı Yasamal Polis İdarəsinin 28-ci Polis Bölməsi çağırılıb.

Bu barədə Meydan TV-yə Arif Hacılı deyib.

O bildirib ki, fevralın 17-də maskasız olması səbəbi ilə bir neçə müsavatçı cərimələnib.

Arif Hacılının bölməyə çağırılmasının səbəbi kimi də Sabirabadda Şəhidlər Xiyabanını ziyarət edərkən maskasız olması göstərilir.

Arif Hacılı deyir ki, rəsmi bildiriş olmadığı halda bölməyə getməyəcək: “Dedilər ki, bölməyə dəvət olunmağımın səbəbi guya fevralın 17-də şəhidlərin məzarını ziyarət edərkən karantin qaydalarını pozmağımdır. Cavab verdim ki, karantin qaydalarını pozmamışam, çünki sosial şəbəkələrdə yayılan şəkillərdə maskalarımızın əlimizdə olduğu görünür, yalnız şəkil çəkdirəndə maskaları çıxartmışıq. Həm də ziyarətdə iştirak edən şəxslərin sayı 10 nəfərdən çox deyildı. Mənə protokol yazılacağını dedilər, hələ ki gözləyirəm”.

Arif Hacılının sözlərinə görə, onların ziyarəti hakimiyyəti narahat edib: "Cəmiyyət siyasi və ictimai şəxslərin şəhidlərin məzarını ziyarət etmələrinə müsbət yanaşır deyə bu, hakimiyyəti narahat edir, ona görə də belə addım atır".

Azərbaycanda 2020-ci ilin mart ayından xüsusi karantin rejimi elan olunub.

Bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib.

“Sanitariya-epidemioloji salamatlıq haqqında” Qanunun 25-ci maddəsinə və Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyriyoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na uyğun olaraq tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə ediləcək.

16135767854822420052_1000x669.jpg
Ağbulaq Xizək Mərkəzi
16135767856034359012_1000x669.jpg
Ağbulaq Xizək Mərkəzi
Ana səhifəSiyasətArif Hacılı polisə çağırılıb (yenilənib)