Arif Hacılı: ”İlham Əliyevi debata çağırıram”

“Ölkənim gələcəyi üçün narahat olan ictimai-siyasi qüvvülərin, mütəxəssislərin təkliflərinin ümümi müzakirəsi zəruridir”

Source:
Müsavat Partiyasının başqanı Arif Hacılı
Müsavat Partiyasının başqanı Arif Hacılı
Müsavat Partiyasının başqanı Arif Hacılı
Müsavat Partiyasının başqanı Arif Hacılı


“Ölkənim gələcəyi üçün narahat olan ictimai-siyasi qüvvülərin, mütəxəssislərin təkliflərinin ümümi müzakirəsi zəruridir”

Ölkədə yaranmış indiki vəziyyət real siyasi qüvvələr arasında, ilk növbədə isə iqtidar və xalqın etimad göstərdiyi müxalifət arasında müzakirələrin zəruriliyini diqtə edir.

Bu açıqlamanı Müsavat Partiyasının başqanı Arif Hacılı Meydan TV-yə verib.

O, bir müddət əvvəl Müsavat Partiyası adından İctimai Televiziyada debatların təşkil olunmasını xatırladıb və heç bir cavab ala bilmədiklərini qeyd edib: “Baş verənləri və yaxın prespektivdə baş verməsi labüd olan ağrılı təbəddülatları görməməzliyə vurmaq çıxış yolu deyil. Böhrana görə əziyyət çəkən vətəndaşlarımızın ən azı baş verənlərlə bağlı həqiqətləri bilmək haqqı tanınmalıdır. Biz qlobal böhrandan ən az itkilərlə çıxış yollarını göstərdik. Bizdən daha sərt davranış tələblərinə baxmayaraq azı iki illik müddətləri də müəyyən edən yol xəritəsini təqdim etdik. Ölkənim gələcəyi üçün narahat olan ictimai-siyasi qüvvülərin, mütəxəssislərin təkliflərinin ümümi müzakirəsi zəruridir”.

Arif Hacılı heç bir ilkin şərt, iddia irəli sürmədən, sivil siyasi davranış qaydalarına uyğun olaraq İlham Əliyevi debata çağırdığını bəyan edib: “Qeyd etdiyim və cəmiyyətin mənafeləri baxımından zəruri olan digər məsələləri müzakirə etmək üçün dövlət başçısısını debata dəvət edirəm”.

Ana səhifəXəbərlərArif Hacılı: ”İlham Əliyevi debata çağırıram”