Arif Hacılı ”Bandotdel”ə çağırıldı

Müsavat başqanı oktyabrın 14-də, saat 14:00-da Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gedəcək

Source:


Müsavat başqanı oktyabrın 14-də, saat 14:00-da Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gedəcək

Oktyabrın 13-də Müsavat Partiyasının başqanı Arif Hacılı “Bandotdel” kimi tanınan Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb.

Bu haqda “Basta” ya Müsavat Partiyasının Mətbuat Xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, Baş İdarədən zəng vuraraq Arif Hacılı ilə görüşmək istədiklərini bildiriblər. Arif Hacılı onları Müsavat Partiyasının Mərkəzi Qərargahına dəvət etsə də, razılaşmayıblar, idarəyə gəlməyinin vacib olduğunu qeyd ediblər.

Müsavat başqanı oktyabrın 14-də, saat 14:00-da Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gedəcək.

Bu dəvətin nə ilə bağlı olduğu haqqında heç bir açıqlama verilməyib.

Məsələni şərh edən vəkil Nemət Kərimli “Basta” əməkdaşı ilə söhbətində deyib: “Bir şəxsin polis idarəsinə dəvət olunması çağırış vərəqəsi əsasında həyata keçirilməlidir. Əgər belə çağırış yoxdursa, idarəyə gedib-getməmək vətəndaşın şəxsi istəyi ilə baş verə bilər”.

Bu il respublikanın bir sıra rayonlarında bahalaşma əleyhinə etiraz aksiyaları keçirilən dövrdə də, Arif Hacılı “Bandotel”ə çağırılmışdı.

Ana səhifəXəbərlərArif Hacılı ”Bandotdel”ə çağırıldı