ARDNŞ-də ixtisar dalğası

“Vakant yerlərə mütəxəssisləri yox, texniki işçi adı ilə yaxınlarını götürüblər”

Source:


“Vakant yerlərə mütəxəssisləri yox, texniki işçi adı ilə yaxınlarını götürüblər”

“Heydər Əliyev adına və Bakı Neft Emalı zavodlarında 800 nəfər əməkdaşın ixtisara salınması gerçəklikdir” – bunu “Turan İA”-a Neftçilərin Hüquqlarını Müdafiə komitəsinin (NHMF) sədri Mirvari Qəhrəmanlı deyib.

Onun sözlərinə görə, zavodların hər birində 400 fəhlə ixtisara salınıb. Bu ixtisara səbəb kimi hasilatın aşağı düşməsi, neft emalının azalması, avadanlıqların köhnəlməsi göstərilir. Komitə sədrinin fikrincə,  neft sənayesində durumun belə ağır vəziyyət almasına görə məsuliyyəti ARDNŞ-in idarə müdirləri daşıyırlar.

Komitə sədri keçən ilin sonlarından ARDNŞ-də ixtisarların başladığını, ixtisara düşənlərin ARDNŞ xəttilə proqrama qatılacaqları və iş dəvəti alacaqları haqda qurumun verdiyi vədi xatırladıb. Amma həmin vədin yerinə yetirilmədiyini vurğulayıb. M.Qəhrəmanlı bu  ixtisarlar zamanı ARDNŞ-nin idarə rəhbərlərinə texniki işçilər götürmək səlahiyyətinin  verildiyini deyib. Bundan istifadə edən idarə başçıları vakant yerlərə mütəxəssisləri yox, texniki işçi adı ilə yaxınlarını  götürüblər. Beləliklə, neft sənayesi sahəsində bütöv “qeyri-peşəkarlar ordusu” yaranıb. Onun sözlərinə görə, Bakı neft emalının bağlanması gözlənildiyi üçün bu ixtisarların davam edəcəyi bildirilib.

Digər tərəfdən istər neft hasilatının, istərsə də hasilatın azalması ilə bağlı emal sənayesinin də iş həcmi azalır. Bu isə ixtisarların davamlı olacağını şərtləndirir.

“Baş verən bu proseslər qarşıda hələ çoxsaylı ixtisarların gözlənildiyindən xəbər verir”,  – deyə komitə sədri bildirib.

Ana səhifəXəbərlərARDNŞ-də ixtisar dalğası