Aralıq dənizində qayıq batıb, 34 nəfər ölüb

Qəzada həyatını itirənlər arasında qayığın tunisli kapitanı da var.

Source: Foto: google.az


Ölən qadınlardan biri hamilə olub

Tunisdən Avropaya sığınacaq axtaran insanları daşıyan qayıq batıb, – DW Türkçə xidməti xəbər verir.

Ən azı 34 nəfər həyatını itirib. Onlardan 22-si qadın, 3-ü uşaq olub. Beynəlxalq Miqrasiya Təşkilatı Aralıq dənizində xilasetmə işlərinin yenidən başlanmasını tələb edib.

İtaliya mətbuatının çərşənbə günü yaydığı məlumata görə, boğulan insanların cəsədləri Tunis xilasediciləri tərəfindən Safakes limanında aşkar edilib. Onlar qayıqda 7-i tunisli olmaqla 52 nəfərin olduğunu açıqlayıb.

Sığınacaq axtaranların Fil Dişi Sahili və Sub-Sahara Afrika bölgəsindəki ölkələrdən gəldikləri bildirilir. Gəminin çərşənbə axşamı gecə Safakes şəhərindən çıxdığı qeyd edilir.

Hakimiyyət orqanlarının verdiyi məlumata görə, ölən qadınlardan biri hamilə olub. Qəzada həyatını itirənlər arasında qayığın tunisli kapitanı da var.

Ana səhifəDünyaAralıq dənizində qayıq batıb, 34 nəfər ölüb