Araik Arutyunyan: Azərbaycan Ordusu Şuşanın 5 kilometrliyindədir

Azərbaycan tərəf Arutyunyanın çağırışı ilə bağlı heç bir şərh verməyib.

Source: google.az


“Şuşaya sahib olan Artsaxa (Dağlıq Qarabağ) sahibdir”

Oktyabrın 29-da Dağlıq Qarabağ separatçılarının lideri Araik Arutyunyan erməni xalqına müraciət edib. O, insanları Şuşa şəhərinin müdafiəsinə səsləyib.

“Dağlıq Qarabağ Respublikası”nın “prezident”i müraciətində Azərbaycan Ordusunun Şuşanın 5 kilometrliyində olduğunu deyib:

"Onların istəyi Şuşanı tutmaqdır. Şuşaya sahib olan Artsaxa (Dağlıq Qarabağ) sahibdir. Mən istərdim ki, bunu hamımız dərk edək. Təkcə sözdə yox, Şuşanın müdafiəsində birbaşa iştirak edək”.

Separatçı rejimin başçısı çıxışının sonunda çağırış edib:

"Birləşin, gəlin birlikdə Şuşamızı, Artsaxımızı, milli ləyaqətimizi müdafiə edək”.

Arutyunyan bildirir ki, onun bu müraciəti “panika deyil və o, əksinə, qələbəyə həmişəkindən çox inanır”.

Azərbaycan tərəf Arutyunyanın çağırışı ilə bağlı heç bir şərh verməyib.

Ana səhifəSiyasətAraik Arutyunyan: Azərbaycan Ordusu Şuşanın 5 kilometrliyindədir