Aptek sahibi güclü təsirli dərman satma şübhəsi ilə həbs edilib

Polis apteklərin monitorinqini davam etdirir

Source:


Polis apteklərin monitorinqini davam etdirir

Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsi paytaxt apteklərində güclü təsiri olan dərmanların qanunsuz satılması faktları üzrə başlanmış cinayət işinin istintaqını davam etdirib.

İstintaqın gedişatında Tural Famil oğlu Abiyevin “Tramadol 200 mq” adlı dərmanı qanunsuz satdığı şübhəsi yaranıb. Tural Abiyev həbs olunub.

Bu barədə Bakı Şəhər Prokurorluğu və Şəhər Baş Polis İdarəsinin birgə məlumatında bildirilir.

Məlumata görə, Tural Abiyev bu işi əlbir olduğu bir qrup şəxslə görüb:

“Onun həmin dərmanı işlətdiyi “Bizim Aptek”də satması istiqamətində şübhələr var. Üstəlik, bunun üçün hər hansı icazə almayıb”.

Xəbərdə deyilir ki, Tural Abiyev iş üzrə Cinayət Məcəlləsinin 240.2.1 və 240.2.2-ci (narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri qanunsuz satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrarən törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə cinayətin digər iştirakçılarının dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Oktyabrın 22-də Meydan TV “Facebook” səhifəsində 20 Yanvar metrosu yaxınlığında olan apteklərin birində güclü təsiri olan dərman satılması ilə bağlı video paylaşmışdı. Videonu “Kanal 13”-ə narkotik dərman istifadəçisinin anası gizli çəkib göndərmişdi. Çəkiliş zamanı aptek işçisi də etiraf edirdi ki, “burda açıq satışdır, sizin oğlunuz almasın”.

Ana səhifəXəbərlərAptek sahibi güclü təsirli dərman satma şübhəsi ilə həbs edilib