Apelyasiya Məhkəməsi jurnalisti həbsdə saxladı

Əfqan Sadıqlı: ”Guya bu maddəni mənə hədiyyə elədilər”

Source:
Əfqan Sadıqov
Əfqan Sadıqov


Əfqan Sadıqlı: ”Guya bu maddəni mənə hədiyyə elədilər”

Bakı Apelyasiya Məhkəməsində noyabrın 30-da “Azel.tv” saytının təsisçisi və baş redaktoru Əfqan Sadıqlının 1 aylıq inzibati həbs qərarından verilən şikayətə baxılıb.

Ə.Sadıqlı noyabrın 27-də həbs edilib. O, Prezident Administrasiyasının qarşısında səs-küy salıb qaydaları pozmaqda ittiham edilərək, İnzibati Xətalar Məcəlləsinin 531.1 (polis əməkdaşının qanuni tələbinə tabe olmama) maddəsi ilə 1 ay müddətinə həbs olunub.

Apelyasiya Məhkəməsinin hakimi Mirzəli Abbasovun sədrliyilə keçirilən məhkəmədə jurnalistin vəkili iki vəsatət qaldırıb:


– noyabrın 27-də Ə.Sadıqlı həbs olunduğu zaman Prezident Administrasiyasının ətrafında videokameraların qeydə aldığı görüntülərin alınıb, onlara baxış keçirilməsi;


– həmin vaxt Prezident Administrasiyası qarşısında şəhid ailələri etiraz aksiyası keçirərkən çəkiliş aparmaq, materiallar hazırlamaq məqsədilə orada olan jurnalistlərin dindirilməsi olub

.

Jurnalistlər Ə.Sadıqlının necə tutulub aparılmasının şahidi olublar.

Hakim vəsatətləri təmin etməyib.

Ə.Sadıqlı çıxışında bildirib ki, onun Prezident Administrasiyasının qarşısında səs-küy salıb, qaydaları pozması, onu intizama dəvət edən polisin tələbinə tabe olmaması barədə protokolda da, Səbail Rayon Məhkəməsinin qərarında da yazılanlar yalandır:

“Məni Prezident Administrasiyası qarşısında qəfildən mülkigeyimlilər tutub maşına mindirdilər. Gətirdilər Səbail Rayon Polis İdarəsinə. Orada təxminən iki saatın içində ptorokol tərtib etdilər. Məhkəməyə aparıb qərarı aldılar. İdarədə mənə dedilər ki, narahat olma, sənə İnzibati Xətalar Məcəlləsinin 531.1 maddəsilə protokol yazırıq. Elə danışırdılar ki, guya mənə hədiyyə elədirlər. Mən bundan əvvəl də şərlənib həbs olunmuşam, siyasi məhbus olmuşam”.

Ə.Sadıqlı Səbail Rayon Məhkəməsinin qərarının qanunsuz və əsassız olduğunu bildirərək, onun ləğv edilməsini istəyib.

Lakin Bakı Apelyasiya Məhkəməsinin hakimi Mirzəli Abbasov həmin qərarı qüvvədə saxlayıb.

Ə.Sadıqlı bildirib ki, bundan öncəki həbsləri ilə əlaqədar Avropa Məhkəməsinin icraatında üç şikayəti var. Budəfəki həbs qərarından da daha bir şikayət göndəriləcək.

Ana səhifəXəbərlərApelyasiya Məhkəməsi jurnalisti həbsdə saxladı