''APA Holdinq'' fəaliyyətini tamamilə dayandırdı

Holdinqin prezidenti ''Facebook'' vasitəsilə xəbərdarlıq edib

Avqustun 1-də informasiya resurslarına girişi mümkünsüzləşən “APA Holdinq” fəaliyyətini dayandırıb.

Bu barədə holdinqin prezidenti Vüsalə Mahirqızı “Facebook” səhifəsində yazıb ki, “APA Holding” MMC fəaliyyətini tamamilə dayandırıb.

Vüsalə Mahirqızı səbəblər haqda əlavə heç nə yazmayıb.

Saytda son məlumat avqustun 1-də saat 19.00-da qoyulub.

Bundan bir saat əvvəl holdinqin prezidenti Vüsalə Mahirqızı ölkə başçısı İlham Əliyevin Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimində çıxışının saytda texniki səbəblərdən səhv getməsi ilə bağlı üzr istəyib.

Ardınca isə saytlara giriş qeyri-mümkün olub. Hətta VPN proqramı ilə də sayt açılmayıb.

Avqustun 3-də Vüsalə Mahirqızı açıqlama yayıb.

O, holdinqə daxil olan saytların fəaliyyətini özlərinin dayandırdığını söyləmişdi:

“Müəyyən problemlərin yarandığı səbəbindən holdinqə daxil olan saytlara girişi şirkət özü dayandırıb. Araşdırma aparılır. Nəticəsi barədə əlavə məlumat veriləcək”.

“APA” informasiya agentliyi 2005-ci ildən fəaliyyət göstərirdi. 2012-ci ilin 3 oktyabrında agentliyin əsasında “APA Holdinq” təsis olunub. Holdinqə Azəri Press Agentliyi, “Lent.az” İnformasiya Agentliyi MMC, “Vesti.az” İnformasiya Agentliyi MMC, “APASport.az” İnformasiya Agentliyi MMC, APA TV, “APA ADVERTİSEMENT PR” MMC, “APA SERVİS” MMC daxil idi.

Holdinqin prezidenti Vüsalə Mahirqızı, Direktorlar Şurasının sədri Nurşən Quliyev olub.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/ty06mz

Ən çox baxılan