”APA” agentliyi fəaliyyətini bərpa edib

Redaksiyadan bildirdilər ki, “ona.az” analtik sayt kimi fəaliyyət göstərəcək.

Source: meydan tv


Agentlik işi bağlı rəsmi məlumatla çıxış etməyib

“APA” İnformasiya Agentliyi iyunun 4-də fəaliyyətini bərpa edib.

Agentlik fəaliyyətinin bərpası barədə açıqlama yaymayıb.

“APA” fəaliyyətini ötən ilin avqustun 1-də dayandırmışdı.

Rəsmi məlumat verilməsə də, sosial şəbəkələrdə və mediada buna səbəb kimi elə həmin gün Prezident İlham Əliyevin müharibə veteranlarına avtomobil və evlərin verilməsi ilə bağlı keçirilən mərasimdəki çıxışının səhv yazılması göstərilirdi.

Bir sıra yazılarda “APA”-nın fövqəladə hallar naziri Kəmaləddin Heydərova bağlılığını önə çəkərək, bu hadisəni hakimiyyətdaxili ziddiyyətin təzahürü kimi göstəriblər.

Fevralın 19-da Vüsalə Mahirqızı ona.az saytının fəaliyyətə başladığını elan etdi.

“APA” informasiya agentliyi 2005-ci ildən fəaliyyətə başlayıb. 2012-ci ilin 3 oktyabrında agentliyin əsasında “APA Holdinq” təsis olunub. Holdinqə Azəri Press Agentliyi, “Lent.az” İnformasiya Agentliyi MMC, “Vesti.az” İnformasiya Agentliyi MMC, “APASport.az” İnformasiya Agentliyi MMC, APA TV, “APA ADVERTİSEMENT PR” MMC, “APA SERVİS” MMC daxildir.

Holdinqin prezidenti Vüsalə Mahirqızı, Direktorlar Şurasının sədri Nurşən Quliyev olub.

APA-nın fəaliyyətinin bərpa olunması barədə Vüsalə Mahirqızı ilə əlaqə saxlamaq cəhdimiz alınmadı. Redaksiyadan bildirdilər ki, “ona.az” analtik sayt kimi fəaliyyət göstərəcək.

Ana səhifəXəbərlər”APA” agentliyi fəaliyyətini bərpa edib