ANS-in məhkəmə şikayəti təmin edilmədi

Milli Televiziya və Radio Şurasının qərarı qüvvədə qaldı

Source:


Milli Televiziya və Radio Şurasının qərarı qüvvədə qaldı

Səbail rayon Məhkəməsində “ANS” Müstəqil Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı şikayətinə baxılıb.

APA-nın məlumatına görə, məhkəmənin qərarı ilə “ANS” Müstəqil Yayım və Media Şirkətinin şikayəti təmin edilməyib. MTRŞ-nın çıxardığı qərar qüvvəsində saxlanılıb.

Ötən il oktyabrın 5-də MTRŞ ANS televiziyasında yayımlanan “Xoşqədəmlə axtarıram səni” verilişində reklam haqqında qanunvericiliyin tələbələrinin pozulmasını əsas gətirərək 09/3 saylı qərar qəbul edib. Həmin qərarda ANS-in cərimələnməsi nəzərdə tutulub. Qərarla razılaşmayan şirkət isə məhkəməyə müraciət edərək qərarın ləğv edilməsini istəyib.

Ana səhifəXəbərlərANS-in məhkəmə şikayəti təmin edilmədi