Ankarada güclü partlayış, 28 nəfər öldü

Baş nazir Əhməd Davudoğlu Brüsselə planlaşdırılan səfərini təxirə salıb

Source:
Ankara terror
Ankara terror
Ankara terror
Ankara terror


Baş nazir Əhməd Davudoğlu Brüsselə planlaşdırılan səfərini təxirə salıb

Ankarada baş vermiş partlayış nəticəsində 28 nəfər ölüb, 61 nəfər yaralanıb..

APA-nın FOX TV-yə istinadən verdiyi məlumata görə, hadisənin terror aktı olduğu və bombalı bir maşınla törədildiyi bildirilir

Türkiyənin Radio Televiziya Üst Qurumu hadisə ilə bağlı rəsmi açıqlamalardan başqa xəbər verilməsi və görüntü yayılması, olay anının, yerinin və sonrakı görüntülərin, həmçinin cənazələrin görüntülənməsi  ilə bağlı yayım qadağası tətbiq edib.

Türkiyənin baş naziri Əhməd Davudoğlu Brüsselə planlaşdırılan səfərini təxirə salıb.

Ana səhifəXəbərlərAnkarada güclü partlayış, 28 nəfər öldü