O, 2014-cü ilin mayında 5 il yarım azadlıqdan məhrum edilmişdi
Martın 17-də dövlət başçısı İlham Əliyevin əfv sərəncamıyla azadlığa buraxılan Seçkilərin Monitorinqi və Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli həbsxanada olduğu 2 ildə oxuduğu kitabların siyahısını Meydan TV-yə təqdim edib.
Anar Məmmədli 2013-cü il oktyabrın 8-də keçirilən prezident seçkiləri haqda tənqidi rəylərdən sonra həbs olunub. O, 2014-cü ilin mayında 5 il yarım azadlıqdan məhrum edilmişdi.
Anar Məmmədli: “Həbsdə olduğum dövrdə oxuduğum əsərlərdən aşağıdakı müəlliflərin kitablarını seçərək, ictimai-siyasi fəallara oxumağı məsləhət edərdim:
-
ABŞ xalqları tarixi, Hovard Zinn
-
Lion Feuxtvanger, “Qəribə adamın müdrikliyi və ya Jan-Jak Russonun ölümü və ölməzliyi” və “Lautenzak qardaşları” romanları
-
Mixail Şoloxov, “Sakit Don” romanı
-
Andrey Platonov, “Takir” və “Can” povestləri,
-
Heynrix Mann, “Təbəə” romanı
-
Corc Oruell, “Heyvanıstan” və “Kataloniyaya məhəbbətlə” romanları;
-
Vladimir Nabokov, “Lujin müdafiəsi”və “Obskur kamerası” romanları;
-
Luis Sinkler, “Eurosmit” romanı
-
Joze Saramaqo, “İsanın incili” romanı;
-
Stefan Sveyq, “Erazm Roterdamlı”, “Yad qadının məktubu”, “Dəhşətli sirr” və “Qorxu” əsərləri;
-
Çarlz Bukovski, “Poçt idarəsi”;
-
Rabindranat Taqor, “Fəlakət”və “Ev və Dünya” romanları
-
Herman Hesse, “Yalquzaq” və “Knulp” romanları,
-
Heinrix Böll, “Bir təlxəyin düçüncüləri” və “O illərin çörəyi”;
-
Erix Maria Remark, “Lissabon gecəsi”;
-
Alber Kamu, “Taun”, “Çöküş” və “Yabançı”;
-
Бертран Рассел, История западной философии
-
Жан-Жак Руссо, Исповедь
-
Борис Пастернак, Доктор Живаго
-
Франишек Яноух, Нас сблизила пражская весна
-
Эрих Фромм, Бегство от свободы, Душа человека и Искусство любить
-
Michael Sandel, Justice What is the Right thing to do?
-
Naom Chomsky, Occupy
-
Friederik Hayek, The Constitution of Liberty
-
The Oxford Handbook of the Welfare State,
-
The Politics of Democratic Socialism, Evan Dublin
-
John Maynard Keynes, General theory of Employment, Interest and money;
-
Edward Said, Orientalism
-
Milton Friedman, Democracy and Capitalism;
-
Joseph Schumpeter, Democracy, Socialism and Capitalism”.